Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası planlaşdırılır.
Ednews xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin yeni komandanlığı iclasa ilk dəfə qatılacaq.
İclasda Türkiyənin sülh səyləri, vasitəçilik fəaliyyətləri, humanitar yardımlar və qalıcı atəşkəs mövzuları başda olmaqla, Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı məsələlərin gündəmdə olması gözlənilir.
Həmçinin, Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirləri və regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.