Moldova höküməti Aİ-yə daxil olmaq üçün fəaliyyət planı hazırlayır.
Ednews Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku bildirib:
“Bu sənəd ölkəmizin Avropa yolunda mühüm mərhələsəni təmsil edir, bütün əvvəlki addımları əvəz edir və bizim milli məqsədimizi - Moldova Respublikasını 2030-cu ilə qədər Aİ-yə daxil olmağa hazırlamaq kimi hədəfini tam əks etdirir”
Onun sözlərinə görə, bu, respublikanın “Avropa ailəsi ilə əlaqələrinin gücləndirilməsi istiqamətində həlledici addımdır və bu, bizim Avropa qanunvericiliyini milli qanunvericiliyə uyğunlaşdırdığımız və inteqrasiya etdiyimiz qoşulma prosesinin əsasını təşkil edəcək”.
“Hazırda biz milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirmək və lazımi sənədləri onların icrasına cavabdeh olan qurumlara ötürmək prosesindəyik. Avropa Komissiyası ilə birgə aparılan qiymətləndirmə prosesindən sonra plan əhəmiyyətli dərəcədə yekunlaşacaq”, - deyə o vurğulayıb.
Moldova Prezidenti Maia Sandu 2022-ci ilin martında respublikanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb və qeyd edib ki, Avropaya inteqrasiya prosesi sürətləndirilməlidir. Avropa Komissiyası Moldovaya birliyə daxil olmaq üçün ölkənin yerinə yetirməli olduğu 9 şərt qoyub.