Azərbaycan, Rusiya Federasiyası və Ermənistanın xarici işlər nazirləri yaxın günlərdə görüş keçirə bilərlər.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Rusiya, Azərbaycan və Ermənistan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bütün məsələlər üzrə dialoq heç vaxt kəsilməyib.
Ümid edirik ki, bu cür təmaslar davam edəcək. Biz oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə görüşlərin keçirilməsi imkanlarını nəzərdən keçiririk", deyə o, qeyd edib.