Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək MDB sammitində iştirak etməyəcək.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında MDB-nin Bişkekdə keçiriləcək sammitində iştirak edə bilməyəcəyini bildirib.