ABŞ Müdafiə Nazirliyinin (DoD) mətbuat katibi Patrik Rayder təsdiqləyib ki, hava hücumundan müdafiə operatorları da daxil olmaqla, ölkənin bölgədəki mövcudluğunu gücləndirmək üçün 900 əsgər Yaxın Şərqə yerləşdirilmək prosesindədir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bunu Pat Rayder öz şərhində deyib.
"Bunlara əmrləri icra etməyə hazırlaşan və kontinental ABŞ-dan yerləşdirilən qüvvələr daxildir" deyən Rayder, lakin əsgərlərin İsrailə göndərilmədiyini açıqlayıb. Qərar regiondakı Amerika bazalarına və hərbçilərinə təkrar hücumlar fonunda verilib.
Bundan əlavə, Pentaqon rəsmisi HƏMAS və İsrail ordusu arasında münaqişənin davam etdiyi bir vaxtda Vaşinqtonun iki Dəmir Qübbə raketdən müdafiə batareyasını İsrailə təhvil verəcəyini də açıqlayıb.
Ülviyyə Şahin