İrəvan və Brüssel Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
Ednews “armenpress”ə istinadən xəbər verir ki, sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
Qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb.