Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşüb.
Ednews Türkiyə mətbuata istinadən xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutub.
Türkiyə və Əlcəzair prezidentlərinin görüşü zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.