"Hazırda KTMT-dən və Rusiya bazasının ölkə ərazisindən çıxarılması Ermənistanın gündəliyində deyil".
Ednews "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
O, Rusiya Dumasının Konstantin Zatulinin açıqlamalarını şərh edərkən bunları deyib.
Nazir müavini Rusiya ilə Ermənistan arasında münasibətlərin işçi şəraitdə davam etdiyini desə də, bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu deyib.