Filippin sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ednews xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri 10 minə yaxın insanın yaşadığı Hinatuan şəhərindən (Mindanao adası) 49 km şimal-şərqdə olub, 60 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.