Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Ednews xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Böyük Britaniyanın Rusiyaya qarşı 45 yeni sanksiya tətbiq etdiyi qeyd olunub. Belə ki, sanksiyalar siyahısına Rusiyanın müdafiə sahəsindəki müəssisələri və Rusiyaya komponentlər ixrac edən xarici tədarükçülər əlavə olunub.