"Gürcüstandakı etirazlar siyasi xarakter alıb" Qruzinform-un baş redaktoru - ÖZƏL

Analitika 16:51 06.06.2018

Gürcüstanın paytaxtında keçirilən etiraz aksiyalarında fasilə yaranmasına baxmayaraq, onların tam başa çatdığını demək üçün çox tezdir. Etiraz edən siyasi partiyaların gündəlik mitinq keçirmək üçün vəsaitləri və əhalinin dəstəyi yoxdur, buna görə növbəti etiraz aksiyasının Zaza Saralidzenin hökumətə ultimatumunun müddəti başa çatdıqdan sonra, bazar günü - 10 iyunda keçirilməsi planlaşdırılır.

Əgər mayın 12-də keçirilən çoxsaylı nümayişlərin səbəbi Tbilisidə polisin iki gecə klubuna reyd təşkil etməsi səbəbindən olmuşdusa, iki həftə sonra, daha çox adam keçən ilin dekabrında 16 yaşlı yeniyetmənin kütləvi dava zamanı öldürülməsində günahkarın adını çəkə bilməyən məhkəmə qərarına etiraz edərək küçəyə çıxmışdı. 

Nümayişçilərin sayı birdən-birə artmışdı. Mayın 31-də Gürcüstanın baş prokuroru İrakli Şotadze etirazçıların tələblərini təmin edərək istefa verdi. İşə yenidən baxılarkən isə Daxili İşlər Nazirliyində bir sıra şəxsləri cinayətlərin araşdırılması zamanı faktların təhrif olunmasında və həmçinin, məhkəmənin qərarına təsir etməkdə şübhəli bilmək üçün əsaslar olduğunu bildirdilər.

Buna baxmayaraq, o dövrdə müxalif siyasətçilər, o cümlədən keçmiş prezident Mixail Saakaşvilinin partiyasından olan nümayişçilər geri çəkilməkdən imtina edib və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin istefasını tələb ediblər.

İctimaiyyətin hökumətin istefası üçün nümayişçilərin tələbləri ilə həmfikir olmayan hissəsi kütləvi davada öldürülən gəncin işinin ədalətli araşdırılmasını tələb edərək Tbilisidəki bir parkda "Siyasətsiz həmrəylik" adlanan alternativ nümayiş keçirdilər.

İyunun 4-də Gürcüstanın Baş naziri ilə görüşdən sonra öldürülən yeniyetmənin atası deyib ki, hökumət 10 iyuna kimi oğlunun işinə dair "konkret nəticələr"i təqdim etməsə, etiraz daha genişmiqyaslı xarakter daşıyacaq.

QRUZİNFORM-un baş redaktoru, politoloq, Gürcüstanın xarici və daxili siyasəti üzrə mütəxəssis Arno Xidirbegişvili Eurasia Diary-ə bildirib ki, Tbilisinin mərkəzindəki etiraz aksiyası ikinci - tamamilə siyasi mərhələyə keçib.

Onun təşkili və keçirilməsi bıçaqlanma nəticəsində qətlə yetirilən mərhum gəncin atası Zaza Saralidzenin əlindən, Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Mİlli Hərəkatı (VMH) başda olmaqla siyasi partiyalara keçib.

Arno Xidirbegişvili nümayişçilərin əsas tələblərini saydı. Son məlumatlara görə, bu, Gürcüstan Baş Prokurorunun razılaşdırılaraq təyin olunması, bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə eyni vaxtda hökumətin təcili istefası və erkən parlament seçkilərinin təyin olunmasıdır.

Zaza Saralidzenin özünə gəldikdə isə onun mövqeyi gündə bir neçə dəfə dəyişir: o  gah özünü siyasət və siyasətçilərlə heç bir əlaqəsi olmayan sadə kəndli adlandırır, gah da bütün partiyalar və QHT-lərdən həmrəy olmalarını istəyir. 
 
"Ədalətin zəfər çalması" adı altında Zaza Saralidze öldürülən ikinci yeniyetmənin atası - Levan Dadunaşvilidən fərqli olaraq Gürcüstan Daxili İşlər Nazirinin şəxsi nəzarəti altında yeni araşdırmanın başladılmasını nəzərdə tutmur. 
 
O, həmçinin qeyd edib ki, nümayişlərin ilk günündə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili xaricdə yenidən araşdırma aparmaq və tanınmış xarici prokurorları istintaqa cəlb etmək qərarını bildirmək üçün etirazçıların qarşısında çıxış etdi, lakin onun ünvanına təhqiramiz ifadələr söyləndi və müxtəlif əşyalar atıldı.
 
Politoloq həmçinin etiraf edib ki, Tbilisililəri axşamlar nümayişlərə toplaşan müxalifət siyasətçilərinin və hakimiyyətdən narazı şəxslərin çıxışlarında üstünlük verdikləri kobud ifadələr qıcıqlandırır.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı