Özbək dili hədəfdə II hissə

Məqalənin təhlili və jurnalist araşdırması

Analitika 09:10 13.05.2019

"RUS DİLİ BİZƏ YAD DEYİL" başlıqlı məqalənin müəllifləri öz xalqının mövcud dövlət dili ilə bağlı bir sıra qüsurlu faktları göstərərək rus dilindən istifadə olunmasının vacibliyini qeyd ediblər. 

Onlar yumşaq formada ölkə rəhbərliyi və Özbəkistan vətəndaşlarına mövcud dövlət dilindən, onun indiki mövqeyindən imtina etməyi təklif etdilər. Daha doğrusu, rus dilinə də dövlət dili hüquqi statusu verməyi təklif etdilər.

Məqalənin müəllifləri iddia edirlər ki, "Kiril əlifbasını bilməyən gənclər müəyyən dərəcədə savadsız olurlar, ötən əsrin zəngin mədəniyyətindən uzaqlaşırlar". Müasir gənclərin bu cür alçaldıcı qiymətləndirilməsi ilə, məqalənin müəllifləri Özbəkistanın gənc nəsli arasında mənfi ictimai reaksiya ilə üzləşdilər.

Yəni, onlar anlamır ki, bütöv bir nəslin savadsızlığı və mədəniyyətinin olmaması haqda danışdıqları zaman bu xalqın təhqir olunması kimi qəbul edilir və buna heç kim, xüsusən də, gənclər dözməz. Xatırladaq ki, Özbəkistanda yaşayan 33,5 milyon əhalinin 60 faizi gənclərdir. Buna görə, məqaləni oxuduqdan sonra, çox sayda tələbə etiraz aksiyaları ilə Daşkənd küçələrinə çıxdı. 

Məqalənin müəllifləri "özbək dilinin dövlət dili kimi toxunulmazlığını" bəyan etsələr də, müəlliflərin bu tezisləri sarkazm kimi qəbul edilə bilər, lakin təəssüf ki, bir çoxları bunu yerli əhaliyə istehza edilməsi kimi qəbul edib. Özbək dili statusunu başqa bir dil ilə bölüşərsə, hansı toxunulmazlıqdan danışılır? Maraqlı məntiqdir.

Müəlliflər bir qrup özbək ziyalılarının rus dilinin rəsmi səviyyədə ünsiyyət dili kimi istifadə olunmasına çağırışda həddən artıq canfəşanlıq göstəriblər. Elə bir təsəvvür yaranır ki, sanki Özbəkistanda rus dilində danışmaq və yazmaq qadağan edilib. Onlar, həmçinin "son günlər başqa görkəmli şəxslərin də bu fikri dəstəklədiyini" bildiriblər.

Özbəkistanda rus dilini heç kəs qadağan etmir, əksinə, hər şey rus dilindədir, ancaq, Özbəkistanın hüdudlarından kənarda istənilən rusdilli şəxsdə belə müraciətləri oxuduqdan sonra özbəklərə qarşı mənfi reaksiya yaranır.

İndi hər gün küçədə yalnız rus dilində reklam lövhələri görən özbək vətənpərvərin və rus dilinin dövlət dili sayıldığı ölkədə hər gün rus dilində forma dolduran sadə kəndlinin nə hiss etdiyini təsəvvür edin.
 
Özbəkistanda bu gün də bütün dövlət qurumları rus dilindən istifadə edir. Hətta Özbəkistan Qanunu rus dilində qəbul edilib, sonra özbək dilinə tərcümə edilib və parlamentdə yeni qanunlar hələ də rus dilində qəbul edilir, sonra isə dövlət dilinə çevrilir. Bu, bizim həyatımızın bugünkü reallıqlarıdır.
 
Ən adekvat oxucu belə məqalənin tezislərini oxuyarkən "əgər özbəklər özləri bunu yazırsa, deməli, Özbəkistanda rus dilində danışmaq və yazmaq qadağandır, ona görə də rusdilli vətəndaşlar bu dilin statusunu qanuniləşdirmək istəyirlər". Sual cavabsız qaldıqda isə, Özbəkistanda "rus dilini məhv edirlər" və bir çox insanlarda şübhə baş qaldıracaq: "özbəklər rusdilli əhaliyə qarşı çıxır?"
 
Özbəkistanda hörmət, bir insanın kəsb etdiyi əhəmiyyət və insan zəkası irqi, milli və ya dini mənsubiyyətlə ölçülmür. Özbək mentaliteti etnik antoqonizmi qəbul etmir. Özbəkistan milli mentalitetinin əsasında millətə deyil, məhz insana məhəbbət və şəfqət hissləri durur.
 

 (Ardı var...)

 Şöhrət Salamov Barlas

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı