"Böyük güclər" Xocalı aeroportunda nə axtarır? TƏHLİL

Analitika 12:28 16.07.2019

Cəbhədə nisbi sakitliyin hökm sürdüyü, Qarabağ müharibəsinin həllinə dair danışıqlarda aktivliyin qismən azaldığı bir ərəfədə ABŞ Konqresinin Azərbaycana, mülki təyyarələri vurmaq üçün silahların satışına qadağa qoymasına dair xəbərlərin dolaşmasını təsadüfi saymamaq da olar. Amma, bu tip informasiyaların müəyyən dairələr tərəfindən ortaya atılması səbəbsiz deyil...

Maraqlıdır ki, bu xəbəri Azərbaycan mətbuatı erməni mediasına istinadən yayıb. Nə qədər qəribə olsa da, dünyanın aparıcı KİV-ləri məsələni “görməzdən gəlib”...

Əvvəlcə, ABŞ-ın Azərbaycana mülki aviasiya vasitələrini vurmaq qabiliyyətli silahların satışına qadağa tətbiq etməsinə dair məlumatın qaranlıq nöqtələrinə toxunaq: Niyə bu xəbər erməni mediası üzərindən yayımlanır?

Azərbaycanın tanınmış televiziya və xəbər agentliklərinin Vaşinqtonda, Nyu-Yorkda müxbir postları olduğu halda, azərbaycandilli rəsmi və müstəqil informasiya qaynaqlarında bu barədə niyə bir kəlmə də yazılmır? Erməni mətbuatının bu xəbər ətrafındakı “tryukları”nın ştrixlərini tapmağa çalışaq.

1. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra istər region, istərsə də dünya ölkələri ilə siyasi, iqtisadi, hərbi-diplomatik münasibətlərini ancaq sülh və əmin-amanlıq, dostluq müstəvisində qurub. Belə olduğu halda, deməli, Azərbaycanın yürütdüyü siyasətdə mülki aviasiya vasitələrinə atəş açmaq, beynəlxalq hüququ pozmaq, beynəlmiləl humanizmə qarşı yönəlik neqativ elementlər və aqressiv mövqe yer tuta bilməz.

Erməni mətbuatı bu xəbəri yaymaqla, Azərbaycanı mülki aviasiyaya atəş aça biləcək dövlət, azərbaycanlıları dünyada terrorçu xislətli xalq kimi qələmə verməyə növbəti dəfə səy göstərir.

2. Azərbaycan cəmiyyətində ABŞ-a qarşı ikrah yaradılır, münasibətlərin gərginləşməsinə, cəmiyyətlərarası etimadın sarsıdılmasına zəmin formalaşdırılır. 3. Bu xəbər Paşinyan hakimiyyətinin xarici siyasətində uğur görüntüsü yaradır, Ermənistanın daxili proseslərində sadə, sadəlöhv erməniləri “yasalamağa” hesablanmış manevr rolu oynayır. 4. Rəsmi İrəvanla Xankəndi ermənilərinin arasında getdikcə gərginləşməkdə olan münasibətləri “maskalamaq” xarakteri daşıyır. 5. Beynəlxalq aləmin diqqətini Xocalı aeroportuna yönəldir və bu hava limanından ermənilərin rahat istifadəsinə kömək etmək üçün dünyanı Azərbaycana təzyiq göstərməyə səsləyir. 6. Dolayısı ilə Qarabağ müharibəsinin həlli istiqamətində Ermənistan-Azərbaycan danışılarına qondarma qurumun “nümayəndələri”nin tərəf kimi iştirakına nail olmağa cəhd edilir. (Xatırladaq ki, bir müddət əvvəl ermənilər Xocalı aeroportundan istifadəyə icazənin müqabilində Sərsəng Su Anbarından Qarabağətrafı rayonların yararlanmasına şərait yaratmaq təklifi irəli sürmüşdülər. Bütün hallarda, Azərbaycan dövləti şərtlə danışmağa çalışan ermənilərə beynəlxalq hüquq səviyyəsində Qarabağın Azərbaycan ərazisi olduğunu və kiminsə rəsmi Bakıya diqtə etmək iqtidarında olmadığını isbatlayan tutarlı cavab verib - Ordu.az).

Sadaladığımız bu nüanslar erməni mətbuatının xidmət etdiyi maraqların bir qismidir.

Gələk ABŞ senatının Azərbaycana silah satışına qadağa qoyulmasına dair qərarına. Əgər doğrudan da, Birləşmiş Ştatlar konqresi bu sənədi qəbul edibsə, bunun arxasında nələrin dayana biləcəyini çözməyə çalışaq.

Nəzərə alsaq ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir, deməli, rəsmi Vaşinqton Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlərdə vasitəçi kimi mühüm rol oynayır. Bu qərar varsa, ABŞ məlum qadağa aktına, istənilən halda, regionda sülhə təminat cəhdi kimi atılmış addım donu geyindirə bilər.

Diqqət çəkən məqamlardan biri də, Azərbaycana silah satışına dair qadağanın müəllifi olan konqresmenin Azərbaycanı mülki erməniləri təhdid etməkdə günahlandırır. Maraqlıdır ki, Ermənistan Rusiyadan aldığı “İsgəndər” raketləri ilə Azərbaycana qarşı dəfələrlə təhdid səsləndirəndə ABŞ Konqresində buna qarşı çıxış edən olmadı. Hətta, ermənilər bir az da irəli gedərək, Mingəçevir Su Elektrik Stansiyasını, Xəzər dənizindəki neft buruqlarını vura biləcəklərini də ifadə etdilər... Yenə dünyadan səs çıxmadı. Amma Xocalı aeroportunun təkcə mülki məqsədlər üçün deyil, həm də hərbi xarakterli tədbirlər üçün ermənilər tərəfindən istifadə ediləcəyi məlum olduğu halda, Konqres dərhal Azərbaycana silah satışına qadağa məsələsini qaldırdı?! Hansı ki, Azərbaycanın ABŞ hərbi sənayesinin məhsullarını tədarük etməsinə dair indiyədək heç bir rəsmi informasiya yoxdur. Belə olduğu halda, sözügedən sənədin arxasında hegemon dövlətin başqa maraqlarının gizlənə biləcəyi də istisna deyil;

- ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən birinin İrəvanda olması, bu ölkənin Cənubi Qafqaz regionunda maraqlarının böyüklüyündən və bölgə ilə bağlı siyasi, iqtisadi, siyasi-hərbi strategiyasının uzaq gələcəyə hesablandığından xəbər verir. Məhz, bu fakta diqqətlə nəzər yetirəndə yaxın və uzaq gələcəklə bağlı ortaya bir neçə maraqlı mənzərə çıxır: Cənubi Qafqaz regionunda ABŞ Ermənistanı özünün ən etibarlı tərəfdaşı kimi görür. Çünki Ermənistan Vaşinqtonun maraq dairəsinə daxil olan İran, Türkiyə, Gürcüstan və Azərbaycanla həmsərhəd ölkə kimi strateji əhəmiyyətə malikdir.

Bu baxımdan, Birləşmiş Ştatlar İran və Türkiyə ilə münasibətlərini tam aydınlaşdırana qədər, digər tərəfdən Gürcüstanın NATO və Avropa İttifaqına qəbul olunduğu vaxtadək Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ləngiməsində maraqlı ola bilər.

Ermənistan Respublikasının ərazisində Rusiyanın 102-ci hərbi bazasının dislokasiya olunması ABŞ-ın burada hərbi kontingent yerləşdirmək imkanlarını məhdudlaşdırır. Digər tərəfdən Rusiya həmsədr ölkə kimi Qarabağ cəbhəsində də neytral ərazi yaradaraq öz silahlı qüvvələrinin sülhməramlı bölmələrini bufer zonada yerləşdirmək kimi maraqlarını bir neçə dəfə ifadə edib. Bu cür istək ABŞ diplomatları tərəfindən də dəfələrlə ifadə olunub.

Hələ 2015-ci ildə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bildirmişdi ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. O vaxt Ermənistanın müdafiə nazirinin birinci müavini işləyən David Tonoyan, məhz bununla bağlı ABŞ-a səfər etmiş və Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşmüşdü. Amma hələki bu variantlardan heç biri reallaşmayıb. Deməli, İran və Türkiyə üzrə siyasətində ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların nəticə verməməsindən yararlanmağa maraqlı ola bilər. Belə ki, ABŞ BMT sülhməramlılarının Qarabağda yerləşdirilməsinə nail ola bilsə, Xocalı aeroportu Pentaqon üçün əvəzsiz rol oynayayacaq. Beynəlxalq sülhməramlıların tərkibində Qarabağda yerləşdiriləcək ABŞ hərbi-diplomatik kontingentinə ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin tam nəzarət edə bilməməsi üçün ABŞ əlverişli variantlar üzərində düşünməlidir.

Söz yox ki, Qarabağda yerləşdiriləcək beynəlxal sülhməramlıların tərkibindəki ABŞ hərbi-diplomatik korpusu eyni zamanda İran və Türkiyə üzrə dövlət siyasətinə cəlb ediləcək, ən azından hansısa kəşfiyyat xarakterli, yaxud da bu yöndə çalışan Amerika kəşfiyyatının daha bir hərbi dayaq nöqtəsi rolunu oynayacaq. Bir tərəfdən də, Birləşmiş Ştatlar Qarabağda yerləşən hərbi-diplomatik korpusuna qarşı ciddi təhlükənin meydana gəldiyinə dair kəşfiyyat məlumatlarının olduğunu əsas gətirərək Qarabağdakı hərbi qüvvəsini çoxaltmağa maraqlı ola bilər.

Bu isə o deməkdir ki, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İran və Türkiyədə hərbi bazası olmayan Birləşmiş Ştatlar artıq Cənubi Qafqaz regionunda hərbi kontingent yerləşdirməyə, zaman-zaman buradakı qüvvəsini artırmağa çalışacaq. Xocalı aeroportunun işə düşməsi və yaxud mülki aviasiyaya açıq olması bu baxımdan ABŞ-ın maraqlarına uyğun hesab oluna bilər.

Başqa bir tərəfdən isə, nəzarətsiz qalan Qarabağ ərazisində təxribatçı qruplaşmaların yerləşdirildiyi haqda zaman-zaman yayılan xəbərləri xatırlayaq. Hazırda İranla münasibətləri daha da kəskinləşməyə doğru gedən Amerika üçün Qarabağ ərazisi ən yaxşı poliqondur. İşğal altındakı Azərbaycan torpaqlarının müəyyən bir həssəsi İranla həmsərhəddir. Əgər Amerika İran İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlayarsa, ermənilərin nəzarəti altındakı Azərbaycan torpaqları ABŞ-ın bu ölkədə kəşfiyyat-diversiya, təxribat , çaşdırıcı, yayındırıcı, təşviş yaratma xarakterli tədbirləri üçün yetərincə əlverişli əhəmiyyətə malik ola bilər. Hazırda ABŞ ordusunun təhdidini və ya hücumlarını daha çox körfəz ölkələrinin ərazisindən gözləyən İran çox yaxşı siyasi-iqtisadi əlaqələrə malik olduğu Ermənistanda Amerikanın güc və imkanlarını nəzərə almamış deyil. Amma Qarabağ beynəlxalq hüquq səviyyəsində bütünlükdə Azərbaycan ərazisi sayıldığından, buradan onun təhlükəsizliyinə törənən istənilən təhlükəyə görə məsuliyyəti Ermənistan tərəfi öz üstündən ata bilər. Digər tərəfdən, Türkiyəyə qarşı silahlı mübarizə aparan YPG-yə yardım edən Birləşmiş Ştatlar Qarabağ danışıqlarının uzadılmasına nail olmaqla, bu təşkilatların ermənilərin əli ilə Qarabağda müəyyən müddət ərzində bazalanmasını təmin edə və onlara daha çox dəstək verə bilər.

Bunun üçün də, Beynəlxalq Mülki Aviasiya Təşkilatının nəzarətindən kənarda qalan Xocalı aeroportu ən potensial imkanlar yaradır.

Başqa bir yandan yanaşanda isə, əgər Xocalı aeroportu mülki aviasiya vasitələri üçün açıq olarsa, bura uçuş həyata keçirən istənilən aviaşirkət erməni mülki aviasiya işçiləri ilə tərəfdaşlıq etməli olacaq, bu isə müəyyən mənada Qarabağın ermənilərə məxsus olduğu anlamını yaradacaq.

Bundan istifadə edən erməni lobbisi Qarabağ ərazisində, sözügedən aeroporta daha çox yaxın olan Xocalı və Əsgəran ətrafında iri iqtisadi layihələr gerçəkləşdirəcək və danışıqların uzandığı müddət ərzində Ermənistan-Azərbaycan müharibəsini əngəlləyə biləcək çoxlu sayda tədbirlər görmək imkanı əldə edəcək. Bu isə Qarabağın büsbütün erməniləşdirilməsini tezləşdirəcək.

Görünən odur ki, erməni lobbisinin Xocalı aeroportuna uçuşların icazə verilməsinə hesablanmış “can-fəşanlığı” Qarabağ müharibəsinin sülh yolu ilə həllinə həmsədrlik edən ölkələrin öz dövlət siyasətlərini həyata keçirmək strategiyası ilə üst-üstə düşür. Deməli, Qarabağ müharibəsinin danışıqlar yolu ilə tənzimlənməsinə əsas maneə təkcə ermənilərin “şıltaqlığı” deyil... Burada başqa qüvvələrin də marağının nəzərə alınması ciddi amil kimi cavabı tapılmamış olaraq qalır.

Bütün çətinlik və maneələrə rəğmən, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etmək hüququnu özündə saxlayır və erməni tərəfi Azərbaycan Ordusunun qüdrətini yaxşı bildiyindən cidd-cəhdlə böyük ölkələrinin iradəsinə tabe olub müharibədən yayınmağa çalışır. Amma dünyada baş verən siyasi-hərbi proseslərin traektoriyası göstərir ki, Ermənistanın manevr imkanları tükənmək üzrədir.

Teymur Zahidoğlu

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı