Türkiyə Suriyaya girdi dünya üzərinə gəldi

Analitika 11:54 11.10.2019

Qərb ölkələri Türkiyəni sanksiyalarla təhdid etdi, Ərdoğanın cavabı isə sərt oldu...

Türkiyənin dəstəklədiyi suriyalı müxaliflərdən təşkil olunmuş “Suriya Milli Ordusu” (SMO) qüvvələri Fərat çayının şərq sahilində YPG-nin nəzarətində olan bölgələrə daxil olub. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, “Barış Pınarı” (“Sülh çeşməsi”) adlı əməliyyat çərçivəsində SMO qüvvələri Tel Abyad rayonunun qərbində yerləşən əl-Yabsə və Tel Fander kəndlərini nəzarətə götürüb.

Türkiyə ordusu isə oktyabrın 10-da səhər saatlarından etibarən Tel Abyad mərkəzini bombalamağa başlayıb. Daha əvvəl isə Tel Abyadın şərqində Əbu Qəbr və İsavi məntəqələrinə qədər ordu qüvvələri irəliləyib.

Qeyd edək ki, Türkiyə ordusu və dəstək qüvvələri oktyabrın 9-da gündüz saat 16 radələrində Suriyanın şimal-şərqində “Suriya Demokratik Qüvvələri” koalisiyasının nəzarətində olan ərazilərdə əməliyyata başladı. Əvvəlcə artilleriya və aviasiya qüvvələri YPG mövqelərini vurmağa başlayıb, gecə saat 22:35-dən etibarən isə quru qüvvələri Suriya ərazisinə daxil olub. Əməliyyatın ilk günündə YPG-yə məxsus 181 nöqtə Türkiyə ordusu tərəfindən vurulub.

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

Ancaq Türkiyənin Suriya ərazisində növbəti əməliyyatı gözlənildiyi kimi, etirazlarla qarşılanıb. Əsas etirazlar bu əməliyyata faktiki olaraq “yaşıl işıq” yandıran Vaşinqtondan gəlib. Trampın Türkiyə hökumətinə dəstək verməsi Vaşinqtonda siyasi dairələrdə qəzəblə qarşılanıb. ABŞ senatorları respublikaçı Lindsi Qrem və demokrat Kris Van Vollen Türkiyəyə qarşı sanksiya layihəsi hazırlayıb. Qanun layihəsində Türkiyənin prezidenti də daxil olmaqla, bir sıra hökumət üzvlərinə qarşı sanksiyalar da nəzərdə tutulub. Qrem yaydığı açıqlamada qeyd edib ki, administrasiya bu layihəyə qarşı olsa da, onlar layihəyə hər iki partiyadan ciddi dəstək gözləyirlər.

Sanksiya layihəsinin birinci bəndində Türkiyə hökumət və dövlət rəsmilərinin ABŞ-dakı əmlak və pulları üzərində sanksiya nəzərdə tutur. Layihədə Türkiyə prezidenti, vitse-prezident, milli müdafiə naziri, xarici işlər naziri, xəzinə və maliyyə naziri, ticarət, enerji və təbii ehtiyatlar nazirlərinin də adı var. İkinci bölümdə Türkiyə hərbisinə sanksiyalar yer alır. Türkiyə ordusu ilə bilərəkdən əməkdaşlıq edən, material və texnologiya dəstəyi verən, bunların satışını həyata keçirən əcnəbi şəxslərə embarqo tətbiq olunacaq.

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə oluna təyyarə və ehtiyat hissələri, mexanizmləri, quru qüvvələr və dəniz qüvvələrinin istifadə etdiyi cihazlar və xidmətlər, silahlar və müdafiə vasitələri satışı və bağışlanmasını nəzərdə tutur. Türkiyə ordusunun istifadə etdiyi yerli neft və təbii qaz istehsalını dəstəkləyən və ya davam etdirən xidmətlər, məhsullar, texnoloji, informasiya və digər formada dəstək verən əcnəbi şəxslər və əmlaklarına sanksiyalar qoyulacaq. Həmçinin ABŞ-ın Türkiyə ordusuna müdafiə vasitələri, texnologiya və materialların satışı qadağan edilir. Türkiyə ordusuna silah və sursatın satışı, eləcə də transferinin qadağan edilməsi nəzərdə tutulur.

Bundan başqa, layihədə Türkiyənin Rusiyadan S-400 HHM sistemləri almasına görə CAATSA (ABŞ-ın Düşmənlərinə qarşı Sanksiyalar yolu ilə Mübarizə Qanunu) qanunu tətbiq olunması daxil olması da var. 

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

ABŞ-la yanaşı, daha bir neçə ölkə də Türkiyənin Suriya əməliyyatına etiraz edib. İran XİN yaydığı açıqlamada Türkiyənin əməliyyatı dayandırması və qüvvələri geri çəkməyə çağırıb. İordaniya xarici işlər naziri Ayman Safadi əməliyyatı dayandırmaq və cavabdehlərin beynəlxalq məhkəməyə çıxarmaq çağırışı edib. Kanada XİN isə yaydığı açıqlamada Türkiyənin əməliyyatını qınayıb və bu əməliyyatın regionda sabitliyə zərər vuracağı, humanitar vəziyyətə pis təsir edəcəyini, İŞİD-lə mübarizədə irəliləmənin dayanacağını qeyd edib. Yaponiya hökuməti baş katibi isə hərbi əməliyyatın regionda gərginliyi yüksəldəcəyi, Suriya böhranının hərbi yolla həll olunmayacağını bəyan edib. Bundan başqa Estoniya, Belarus və Ermənistan da əməliyyatı pisləyən açıqlamalar yayıb.

Əməliyyata Avropa İttifaqından da reaksiya gəlib. Avropa Komissiyasının sözçüsü bildirib ki, Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin siyasəti Aİ-nin xarici siyasəti ilə uyğun olmalıdır: “Türkiyənin də İttifaqa üzv olmaq niyyəti ciddidirsə, o zaman bu xəttə uyğun hərəkət etməlidir”.

“Sülh çeşməsi” ile ilgili görsel sonucu

Sözçü bildirib ki, hazırda Brüssel və Ankara arasında dialoq davam edir. Bazar ertəsi isə Aİ üzv ölkələrin xarici işlər nazirləri BMT təmsilçisinin də iştirakı ilə Türkiyənin Suriyadakı hərbi əməliyyatını müzakirə edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatla bağlı qınamalara cavab verib. Ərdoğan deyib ki, əməliyyatın məqsədi Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır: “PKK-nın, YPG-nin işğalını görməyənlər, bu dəqiqə bizim Suriyanın birliyi və bütünlüyü uğurunda apardığımız addımı tənqid edirlər. Siz kənara durun, biz yolumuza davam edək”.

Ərdoğan deyib ki, bütün ölkələrin adını saymaq istəmir, ancaq Səudiyyə Ərəbistanı, Misir kimi ölkələrin bu əməliyyatı qınamağa haqqı yoxdur. Türkiyə prezidenti Səudiyyə Ərəbistanının illərdir Yəməni bombaladığını xatırladıb, Misir hakimiyyətinin isə dinc insanları qətlə yetirdiyini və Misir prezidentinin qınağının heç bir əhəmiyyət kəsb etmədiyini deyib. Ərdoğan Avropa İttifaqının qınamasına da etiraz edib. Türkiyə prezidenti deyib ki, əgər Avropa bu əməliyyatı işğal adlandrısa, o zaman Ankara qapıları açıb 3,6 milyon qaçqını Avropaya göndərər. Eyni zamanda o, YPG-ni tərk edib Türkiyə tərəfinə keçənlərə qucaq açacaqlarını bildirib.

Əməliyyata Rusiya XİN başçısı Sergey Lavrov da münasibət bildirib. Ankara və Moskva arasında təmasların davam etdiyini qeyd edən Lavrov Ankara və Dəməşq arasında danışıqların bərpa etməyə çalışdıqlarını deyib.

Qeyd edək ki, Türkiyə ordusu əməliyyatlara başladıqdan sonra Suriya ərazisindən Türkiyəyə raket və minalar atılıb. Anadolu Agentliyinin məlumatına görə, oktyabrın 10-da Suriyanın hazırda döyüşlərin davam etdiyi Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsinə bir neçə raket və mina düşüb. Nəticədə qəsəbədə dağıntılar və bir neçə nəfərin yaralanması qeydə alınıb.

Bundan başqa İstanbulda terror hazırlayan qrup ifşa olunub. Ümumiyyətlə, bundan əvvəl Türkiyə Suriyanın şimalında 2016-cı ilin avqustunda “Fərat qalxanı”, 2018-ci ilin yanvarında isə “Zeytun budağı” əməliyyatları həyata keçirib və bu zaman Türkiyənin özündə PKK dəstəkçiləri tərəfindən terror cəhdləri, əks çağırışlar qeydə alınıb, bir neçə nəfər həbs olunub. Kürdlərin Suriyanın şimalında Türkiyə ordusuna qarşı müqaviməti böyük ölçüdə xarici dəstəkdən asılı olacaq. Əgər xaricdəki himayədarları YPG-nin Türkiyə ordusuna müqavimətinə dəstək versə, bu, əməliyyatların daha da uzanmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hazırda Suriyanın şimalında əsasən kürdlərdən ibarət 60 minə yaxın silahlı və 5 ildən çoxdur döyüş təcrübəsi olan SDQ qüvvələri var. Bunlar uzun müddətdir ki, İŞİD-ə qarşı əməliyyat zamanı ciddi şəkildə silah və sursat dəstəyi alıblar. (musavat.com)

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Hamısı