İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?

Analitika 14:18 14.10.2019

Ermənistanın yeni Baş naziri Aşqabadda Njde Qareginin ideoloji davamçısı olduğunu təsdiqlədi

Diqqətinizə təqdim etdiyim bu məqalədə “açar söz” olduğundan, icazənizlə, ilk növbədə ona aydınlıq gətirək ki, “tsexakronizm” nədir? Araşdırmaçılar terminin lüğəti mənasını belə izah edirlər ki, “tsex” kəliməsi erməni dilində “cins, tayfa, irq”, “kron” isə “əqidə”, “inanc”, “din” mənasını verir. Bu iki kəlimənin çuğlaşdırılması ilə yaranan “tsexakronizm” termini erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyasını əks etdirir. Bu radikal ultra-milliyyətçi konsepsiyanın əsas müəllifi əsl soyadı Ter-Harutunyan olan məşhur faşist əlaltısı Njde Qaregindir. O, 1933-сü ilin yayında “Daşnaksütun” partiyasının qərarı ilə Amerika Birləşmiş Ştatlarına səfər edib, orada “Tseхakron” adlı gənclər təşkilatının əsasını qoyub və həmin adı erməni antropoloji quruluşuna söykənən irqçi təliminə də verib. Ter-Harutyanın “mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, öpdüm, təzim etdim - tsexakrona çevrildim” cümləsindən də göründüyü kimi, erməni etnosunu müqəddəsləşdirərək bəşəriyyətin qalan bütün xalqlarının fövqünə çıxaran bu şovinist təlim, qısaca desək, Adolf Hitlerin faşist ideologiyasının erməniləşdirilmiş nüsxəsidir, hətta müqayisə edilsə, ondan daha qeyri-insani, daha təhlükəli olmaqla yanaşı, daha absurd və fantastik məzmuna malikdir.

Çox təəssüflər olsun ki, çağdaş dünyanın heç bir mədəni parçası tərəfindən mənimsənilməyəcək, bəraət qazandırılmayacaq və kosmetik düzəlişlərə məruz qoyularaq yenidən dirçəldilməyəcək faşizm ideologiyasının sözügedən variantı- tsexakronizm SSRİ-nin dağılması və onun tərkibində olan respublikaların müstəqillik qazanması ərəfəsində Ermənistanda yenidən aktuallaşdı. “Ermənistan irqinin davamçıları” adı altında Njdenin fəlsəfəsindən qidalanan faşist tipli siyasi təşkilatlar, hərbi dəstələr meydana çıxdı. 1990-cı ildə yaranan və 1967-87-ci illərdə gizli fəaliyyət göstərdiyi deyilən Milli Birlik Partiyasının varisi kimi çıxış edən Respublikaçılar Partiyası da Njde Qareginin tsexakronizm konsepsiyasını,- müəyyən bəzək-düzək verəndən sonra, - öz ideoloji platformasına çevirdi. Qaragenin adının Ermənistanda əbədiləşdirilməsi, “şərəfinə” markalar və xatirə pulları buraxılması, mükafatlar təsis edilməsi, filmlər çəkilməsi məhz bu partiyanın hakimiyyəti dövründə geniş vüsət aldı. Serj Sarkisyan iqtidarının təşəbbüsü ilə 2016-cı ildə ona İrəvanın mərkəzində bürünc heykəl qoyuldu və açılışda Ermənistan prezidenti şəxsən iştirak etdi. Bu addım, sadəcə, torpaqlarının önəmli bir hissəsi Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanmadı, mütərəqqi dünya ictimaiyyəti, o cümlədən ayrı-ayrı tanınmış xarici diplomatlar, tarixçilər və digər intellektual peşə sahibləri tərəfindən ciddiyyətlə qınanıldı.

Njde Qareginə qoyulmuş məlum heykəl və onun kultlaşdırılması bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasında da müzakirə mövzusu oldu. Prezidentimiz cənab İlham Əliyev, öz sözləri ilə desəm, hər kəsin kitabxanalardan, internet resurslarından rahatlıqla tapa biləcəyi konkret sənədlərə istinad edərək, Ermənistanın yeni rəhbərliyini Böyük Vətən Müharibəsi illərində faşiştlərə satılmış, Hitler Almaniyası uğrunda ölməyi Ermənistan uğrunda ölməklə eyniləşdirən Njde Qareginə qoyulmuş heykəli sökməyə çağırdı. MDB-yə daxil olan dövlətlərin başçılarının Aşqabad toplantısı ilə bağlı xəbərləri diqqətlə izləyənlər yaxşı bilirlər ki, Azərbaycan prezidentinin bu çıxışında səslənən təkzibolunmaz fakt və dəlillərə cavab tapmayan Ermənistanın Baş naziri Nikol Paşinyan tarixdən də elə siyasət və diplomatiya qədər baş çıxardığını ortaya qoyub, yəni, faktiki olaraq, çıxılmaz vəziyyətdə qalıb. Əlbəttə, İlham Əliyev son dərəcə təcrübəli, mütaliəli, iti ağıla malik olan siyasi lider olaraq Paşinyanın düşəcəyi vəziyyəti öncədən gördüyündən onun Aşqabaddakı çıxışını Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından bütün dünyaya “Qarabağ Azərbaycandır. Nida” deyərək qətiyyətlə səslənməsinin davamı kimi qiymətləndirmək lazımdır. Bu iki çıxış arasındakı elmi-faktoloji əlaqələri həm savadsızlıqları, həm də qərəzləri ucbatından eynilə Ermənistan mətbuatının bir çox nümayəndələrinə bənzər şəkildə görməyə özlərində təpər tapmayan Azərbaycan müxalifətinin təmsilçiləri, xüsusən də AXCP sədri Əli Kərimli üçün qısaca bir izahat vermək yerinə düşər.

Məlum olduğu kimi, 2018-ci ilin aprel ayında Ermənistanda eks prezident Serj Sarkisyan ələ keçirdiyi Baş nazir postundan küçənin təzyiqi ilə istefa verdi. Hakimiyyətə “narıncı inqilab” dalğasında, “demokrat” qiyafəsində gələn və hökumət başçısı kürsüsünə əyləşən Nikol Paşinyan Ermənistanda uzun illər hegemonluq etmiş və əllərində ciddi silah, maliyyə və informasiya resursları cəmləmiş “Qarabağ klanı”nın zərbələrindən yayınmaq üçün son nəticədə Dağlıq Qarabağla bağlı danışıqlar prosesini tormozlayan qeyri-konstruktiv açıqlamalar verməyə meyilləndi. Bu açıqlamalar yuxarıda qeyd olunan səbəbdən Nikol Paşinyanın “təbii üslubu” kimi görünməsə də, onun sülhsevərlikdən uzaq zehniyyətinin təzahürləri idi. Xankəndində bütün beynəlxalq hüquq normalarına və idmanın humanist prinsiplərinə zidd bir şəkildə təşkil olunan “Ümumerməni oyunları”nın açılış mərasimində verdiyi və daha sonra bir neçə dəfə təkrarladığı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı isə həmin qeyri-sağlam təzahürlər arasında ən barizi idi.

Bu bəyanatı böyük şövqlə tirajlayan Ermənistan mətbuatının, eləcə də “təki Azərbaycan hakimiyyətinin ictimai rəydəki mövqeləri zəifləsin” məntiqi ilə hərəkət edərək ölkəmizə qarşı informasiya savaşında düşmən cəbhədə yer alan “Milli Şura”dakı müxaliflərin nəzərdən qaçırdığı, ancaq prezident İlham Əliyevin diqqətindən yayınmayan bir məqam vardı: Nikol Paşinyan öz sözünü demir, erməni hərbi dəstələrindən birinin qurucu komandiri olmuş və Dağlıq Qarabağdakı döyüşlərdə ölmüş Leonid Azqaldyanın dili ilə danışırdı. Dağlıq Qarabağın və ətraf rayonların işğalında fəal rol oynamış hərbi dəstələrin ideoloji silahı, heç şübhəsiz, tsexakronizm idi və Azqaldyanın məlum kəliməsi də tsexakronistlərin “dünyadakı bütün erməniləri bir dövlətdə birləşdirmək” məqsədindən qaynaqlanmışdı. Ermənilərin bu məqsədlə silahlandırılaraq bölgəmizdə qanlı münaqişə ocağı yaradılması da, azərbaycanlıların həm Ermənistandan, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən silah gücünə qovulması da, digər rayonlarımızın işğal edilməsi də, işğalçı dövlətin bu gün hətta Hitler Almaniyasından da “irəli gedərək” mono-etnik əraziyə çevrilməsi də, toponimlərin ucdantutma dəyişdirilməsi də, zəbt edilmiş şəhərlərimizin xarabaya çevrilməsi də məhz bu zehniyyətin ortaya çıxardığı fəsadlardır.

Odur ki, Paşinyan MDB dövlət başçılarının Aşqabad görüşündə açıq-aşkar, həm də heç bir tənqidə dözməyəcək bir şəkildə faşist- tsexakronist Njde Qareginin anti-humanist fəaliyyətini və abidəsini müdafiə etməklə, Rusiya mətbuatının təbirincə desək, “lovuşka”ya düşdü, prezident İlham Əliyevin yüksək intellekti və diplomatik bacarığı qarşısında demokratiyaya, bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət etməyən tsexakronist zehniyyətini faş etməklə tamamilə ifşa olundu, maskasını düşürdü. Bundan sonra yenidən “demokrat” qiyafəsinə bürünmək, Ermənistanın keçmiş hakimiyyətinin ideoloji davamçısı kimi görsənməmək, tsexakronizmlə bağlılığının olmamasını isbat etmək üçün Nikol Paşinyanın ancaq və ancaq bir çarəsi var- Njde Qareginin heykəlini İrəvandan söküb atmaq və Dağlıq Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe tutmaq!

Əks halda, nəzərə almalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazır, qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə, o cümlədən Njde Qareginin İrəvandakı heykəlini Nikol Paşinyanın başına uçurtmağa qadirdir!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı