"Azərbaycan Qarabağı istəyir, başqa variant yoxdur" Rus hərbi ekspert

Analitika 16:00 13.11.2019

Ermənistan hərbi büdcəsi kifayətdir?

Noyabrın 4-də Ermənistan Müdafiə naziri büdcə müzakirələrində iştirak etmək üçün Milli Məclisə gedib. Fövqəladə Hallar naziri ilə birlikdə gələn il üçün planlarını təqdim ediblər. Əlbətdə, jurnalistlər əvvəlcə 2020-ci illə bağlı Ermənistannın dövlət büdcəsi layihəsində nəzərdə tutulmuş hərbi xərclərin miqdarı haqqında soruşublar. 2020-ci il dövlət büdcəsi layihəsindən öncədən də məlum olub, Ermənistanın hərbi xərcləri ən azı dövlət büdcəsində əhəmiyyətli dərəcədə artmayacaq. Yəni 2019-cu il Dövlət büdcəsində hərbi xərclər üçün 300 milyard 585 milyon 247 min dram ayrılırdısa, dövlət büdcəsi layihəsinə əsasən, “Hərbi ehtiyacları qarşılamaq” tədbiri çərçivəsində Ermənistan Müdafiə Nazirliyinə 301 milyard 167 milyon 213 min dram ayrılması nəzərdə tutulur.

Bu rəqəmlərə əsaslanaraq jurnalistlər nazirdən gələn il üçün hərbi xərcləri yetərli hesab edib-etmədiyini soruşublar.

“Müdafiə naziri olaraq hərbi büdcənin şübhəsiz ki, iki qat və üç qat artmasını istərdim, lakin iqtisadi imkanlarımızı nəzərə alsaq, bugünkü büdcə bütün çağırışlara layiqincə cavab vermək üçün kifayətdir”, - deyə o bildirib.

Ermənistan silahları hansı ölkələrdən alır?

Silah almaq məsələsinə gəlincə, Tonoyan deyib ki, guya bu gün Ermənistan Silahlı Qüvvələri əsasən yeni silah növləri, yeni, müasir silahlar əldə edir.

“Həm 2019-cu ildə, həm də 2020-ci ildə müqavilə və kredit proqramları əsasında yalnız yeni və müasir imkanlara malik silahlar gətiriləcəkdir. Silahlar müxtəlif ölkələrdən gətiriləcək. Yaddaşınızda 4 ölkəni saxlayın”, - deyə o qeyd edib.

Digər məsələlər arasında Rusiya Federasiyasından başqa Ermənistanın digər üç hərbi-texniki tərəfdaşı olan ölkələrin hansı olduğunu da aydınlaşdırmağa çalışaq.

“Son bir ildə bu mövzuda çox yazmışıq, amma bu günə qədər yeni bir şey müəyyən etməyə nail olmaq mümkün olmayıb. Yeganə məlum olan şey, Ermənistanın Rusiya Federasiyasından ən azı 4 ədəd Rusiya döyüş təyyarəsi, ilin sonuna və ya 2020-ci ilə qədər Ermənistana gətiriləcək Su-30 SM çoxməqsədli qırıcıları almasıdır. Digər müasir silahlar və hərbi texnikalar haqqında açıq mənbələrdə məlumat yoxdur və bunlar barədə yalnız fərziyyələr danışmaq olar”, - deyə erməni siyasi şərhçi Aram Sarksiyan bildirib.

Hərbi şərhçi Leonid Nersisyan Su-30 qırıcı təyyarələrinə, realda tədarük edildiyinə şübhə olmayan “Tor-M 2” özüyeriyən zenit raket komplekslərini də əlavə edir.

Moskva Siyasi və Hərbi Təhlil İnstitutu direktorunun müavini, tanınmış rus hərbi mütəxəssisi Aleksandr Xramçixin isə bildirib ki, Ermənistanın nə dənizi, nə də donanması olmadığı üçün Ermənistana hərbi donanma silahlarından başqa hər növ silah lazımdır. Lakin Xramçixin də Ermənistanın Rusiyadan Su-30-dan başqa hansı silahlar alacağını şərh edə bilməyib.

Digər tərəfdaşlara gəlincə, Aleksandr Xramçixin bildirib ki, Ermənistanın hansı ölkələrdən silah aldığını və hansı silahları aldığını söyləmək çətindir. Ancaq hərbi ekspert güman edir ki, söhbət Belarus və bəzi Avropa ölkələri, xüsusən Fransadan gedir.

“Burada məsələ, yeni silahların alınmasıdır, yoxsa istifadə olunmuş silahların alınmasıdır. Rusiyanın silahları yenidir, digərlərindən alınan silahlar istifadə edilmiş ola bilər. Ermənistan, məsələn, bəzi sistemlərin alınacağı Fransa ilə əməkdaşlıq edə bilər. Fransa hamı ilə geniş ticarət edir və bununla bağlı heç kimlə siyasi bir problemi yoxdur. Ancaq konkret ad çəkmək üçün daha dəqiq bilmək lazımdır”, - deyə o bildirib.

Tonoyanın Ermənistanın hərbi-texniki və hərbi-siyasi sahələrdə bir sıra əməkdaşlığı olduğu Çini də nəzərdə tutduğu istisna edilmir.

Çin Ermənistan üçün təkcə siyasi, iqtisadi deyil, hərbi sahədə də perspektivli bir yerdir. Üstəlik, Çin silahı Xramçixinin dediyi kimi, Rusiya silahının nəslindəndir. Ermənistan ordusunun əsasən Rusiya silahları ilə silahlandığını nəzərə alsaq, Çin silahları və avadanlıqlarına üstünlük verilə biləcəyini düşünə bilərik.

Xramçixinin sözlərinə görə, Ermənistan Rusiyadan silahları güzəştli qiymətlərlə alır. 2020-ci ildə hərbi büdcənin kifayət qədər artırılmayacağını nəzərə alaraq, başqa ölkələrdən istifadə olunan silahları alacaq, çünki yalnız istifadə olunan silahlar ucuz ola bilər.

“Bu gün yeni silahlar ucuz deyil”, - deyə Xramçixin bildirib.

Bu məzmunda Xramçixin gələn il hərbi büdcəsini təxminən 20% artıran Azərbaycana da toxunub. Rusiyalı ekspertin sözlərinə görə, bu, təbii ki, Azərbaycanın yeni müharibəyə hazırlaşması deməkdir.

“Təbii ki, Azərbaycan müharibəyə hazırlaşır. O, həmişə buna hazırlaşıb. Bəs nə gözləyirdiniz? Azərbaycan Qarabağı istəyir, siz isə vermək istəmirsiniz. Başqa variant yoxdur. Təbii ki, Azərbaycan müharibəyə hazırlaşır”, - deyə ekspert qeyd edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı