Qloballaşan dünyada Kipr və Qarabağın oxşar taleyi

Analitika 18:06 26.10.2020

Dünyada qloballaşma getdiyi bir zamanda bir çox ölkədəki qarşıdurmalar müsbət məcraya yönəlir. 60 ildir ki, Orta Şərqdə həll olunmamış qalan Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasi məsələlər, eləcə də 30 ilə yaxındır ki, ermənilərin işğalı altında olan Qarabağ problemləri həll olunmaq üzrədir. Ancaq həqiqəti ört-basdır etmək və hər iki ölkənin ədalətli mübarizəsinə mane olmaq istəyən qüvvələr hələ də var.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaxın dostu və Kipr Türk Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Birlik Partiyasında Girne İdarəetmə rəhbəri və Akdeniz Strateji Araşdırmalar Mərkəzinin baş katibi Gökhan Gülərin Eurasia Diary-yə müsahibəsində iki münaqişə arasındakı oxşarlıqlar haqqında qeydləri maraq doğurur.

Əvvəlcə sizi bu yaxınlarda Şimali Kipr Türk Respublikasında keçirilən uğurlu prezident seçkiləri münasibətilə təbrik etmək istəyirik. Prezident seçildikdən sonra Ersin Tatarın rəhbərliyi altında ŞKTC-də necə bir tərəqqi gözləniləndir?

- Əslində ŞKTC-nin Prezidenti Ersin Tatarın dövründə Kiprdə yeni alternativlər masaya gələcək. Bu dəfə masada iki dövlətli həll yolu və tanınma məsələsi olacaq. Qapalı Maraşın açılması, Mavi Vətənə və ŞKTC-ə bolluq gətirməklə yanaşı, bəşəriyyət üçün böyük faydaları olacaq. Prezident seçkilərindən sonra Türkiyə ilə münasibətlərimizin daha da möhkəmlənəcəyi yeni bir dövr gələcək. ŞKTC Prezidenti Ersin Tatar, Yunanıstan hökuməti və siyasətçilərinin mövcud düşüncəsi dəyişmədikcə Kiprdəki status-kvonu dəyişdirməyin və adadakı iki xalqa sülh gətirməyi hədəfləyən razılaşmanın mümkün olmadığını düşünür.  

Prezident, Kipr türk xalqının iki dövlət, iki bölgə, suveren bərabərlik və hər iki tərəfin razılaşdırdığı həll yoluna hazır olduğunu vurğulayıb. Tatar, ŞKTC Prezidentinin Kipr türk xalqının maraqlarına zidd hər hansı həll yolunu qəbul etməyəcəyini və onların 1974-cü ildən əvvəlki yerlərinə qayıtması üçün yol açacağını söylədi. Ayrıca, Kipr türkləri öz iradəsinə və dövlətinə sahib olmaqdan, həmçinin vətənləri Türkiyənin vasitəçiliyindən heç vaxt imtina etməyəcəklərini vurğulayıb. Yəni ŞKTC prezidenti Ersin Tatar, Yunan tərəfi ilə görüşməyə hər zaman açıq olacaq. Eyni zamanda, federasiyanın xaricində prezident yanında yaradılacaq ekspertlərdən ibarət məsləhət şurası ilə birlikdə alternativ həll yolu üçün yeni təkliflər masaya gətiriləcək. Ancaq o məqsədi, təqvimi aydın olmayan hər hansı bir prosesdə iştirak etmək niyyətində deyil. Bu o deməkdir ki, prezident heç vaxt xalqının daha beş il itirməsinə icazə verməyəcək.

Qapalı Maraşın açılış prosesinin məqsədi, Maraşı azad edərək 1974-cü ildən əvvəlki sahiblərinin üzünə açmaqdır. Hədəfimiz, Kipr türk xalqının və ŞKTC-nin Maraşın dünyaya açılmasıyla yaranacaq firavanlıq və zənginlikdən faydalanmasını təmin etməkdir. Maraşın beynəlxalq hüquqa uyğun olaraq, dövlətimizin rəhbərliyi altında və Qazimağusa Bələdiyyəsinin bir hissəsi kimi, oradakı əmlakın keçmiş sahiblərinin hüquqlarını nəzərə alaraq açılması hamımızın marağındadır. Maraşın Kiprə və dünyaya yenidən açılması iki xalq arasında davamlı sülhün qurulmasının simvolu olacaq. Hesab edirəm ki, Maraşın açılması Kipr məsələsində mühüm dönüş nöqtələrindən biri olacaq.

Qapalı Maraşı açmaq qərarı nə üçün Yunan cəmiyyətində hələ də böyük narahatlıq doğurur? Maraş və xüsusilə Kipr ilə Qarabağdakı mövcud vəziyyət arasında oxşarlıqlar varmı?

- Nə Yunan hakimiyyəti, nə də Kiprli yunanlar heç vaxt, adanın zənginliyindən bərabər şəkildə faydalanmaq və Kiprin siyasi və iqtisadi məsələlərinin həlli üçün Kiprli türklərlə birlikdə olmaq niyyətlərini bildirməyib. Son dəfə Mustafa Akincı ilə Kiprdə Krans-Montanadakı danışıqlarda, liderləri Nikos Anastasiadesin də dediyi kimi - "Kiprin zənginliklərini Kiprli türklərlə paylaşmaq istəmirik" dedilər. Yunanıstan hakimiyyəti 1960-cı illərdən bəri bu düşüncəylə, xüsusilə 1963-cü ildən sonra 1960-cı ildə qurulan Kipr Respublikasını yıxaraq vahid bir dövlət qurmaq istəyib. BMT-nin 4 Mart 1964-cü il tarixli qətnaməsindən irəli gələrək Kipri ​​unitar dövlət halına gətirməyə çalışdılar. dövlət. Bu səbəbdən Maraş həmişə hazırkı Qarabağ məsələsi kimi danışıqlar masalarında əllərində bəhanəyə çevrilib.

Buna baxmayaraq, Maraşın Britaniya İmperiyası adanı 1878-ci ildə işğal etməmişdən əvvəl də təşkilata məxsus olduğu danılmaz bir həqiqətdir. Və beynəlxalq hüquqa görə, bu torpaqlar heç kimə satıla bilməz və ya verilə bilməz. İngilislərin dövründə Yunanların Maraşda tikdirdikləri otellər və digər binalar hələ də narahatlıq doğursa da, aydındır ki, bu torpaqlar Kiprli türklərə məxsusdur. Bu məsələ Qarabağ məsələsi kimidir -deməli, Kipr adası tarixən Osmanlı dövlətinin bir hissəsi olduğu kimi, Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, sadəcə hər iki tərəfin tarixi səhvidir və ümid edirik ki, Qarabağ tezliklə azad ediləcək və Azərbaycana qayıdacaq. Bu baxımdan, Şimali Kipr Türk Respublikası Azərbaycanı hərtərəfli dəstəkləyir. Türkiyə hazırda xarici siyasətində çox çətin mərhələdən keçir. Bir tərəfdən Qarabağ münaqişəsi, digər tərəfdən dənizdə gücünü nümayiş etdirən Suriya, Liviya terror qruplarına qarşı döyüşlərdə iştirakı. Bu, Türkiyənin qarşıya böyük hədəflər qoyduğunu açıq şəkildə göstərir.

Bunların hamısı Türkiyənin xarici siyasətində nə deməkdir? Eyni zamanda hazırda davam edən Qarabağ münaqişəsini və Türkiyənin burada aparıcı rolunu necə dəyərləndirirsiniz?

- Türkiyə dilindən, dinindən və milliyyətindən asılı olmayaraq həmişə məzlum xalqların yanında olmağa çalışır. Bu gün bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılana bilər, ancaq bu addım Türkiyənin xarici siyasətində dəyişməz olaraq qalır. Bunun əsas səbəbi, Türkiyənin, xüsusilə son FETÖ hərəkatına qarşı mübarizə apararaq özünü respublika elan etdikdən sonra ayağa qalxma əzmidir. Başqa sözlə, Türkiyə FETÖ hərəkatından sonra bölgədə söz sahib olduğunu göstərməyə çalışır. Eyni zamanda əvvəllər tükənmiş Türkiyə bir daha güc toplayır və ayağa qalxaraq bütün dünyada mövcudluğunu və proseslərdə iştirak edə bildiyini göstərir. Düşünürəm ki, hər kəs bunu aydın şəkildə görə bilər və bunun cavabı yalnız bu ola bilər. Bu gün Azərbaycan ərazi bütövlüyü və ədalətin bərqərar olması uğrunda mübarizəsini davam etdirir və Türkiyə də öz növbəsində bu mübarizədə qardaş Azərbaycanı dəstəkləyir.

Əlbəttə qeyd etməliyəm ki, Türkiyə bütün dialoqlarda və münaqişələrdə iştirak edərkən həmişə beynəlxalq hüquqa riayət edir. Təəssüf ki, bu bəzən kifayət etmir. Bu vəziyyətdə, Türkiyə Rusiya, ABŞ və ya digər dövlətlərə qarşı olmasına rəğmən daha sərt tədbirlərdən istifadə etməli olacaq. Pandemiyaya qədər, xüsusən Qərbi Atlantikdən başlayaraq qütbləşmə yaranıb. Bunu Soyuq müharibədən sonrakı Atlantik dövrü də adlandırmaq olar. Covid-19 dünyaya yayıldıqda, Qərbi Dövrü yerini qütbləşmə dövrünə verməyə başladı. Bu, qərb güclərinin, xüsusən keçmiş Fransa prezidenti Nikola Sarkozinin 2019-cu ilin sonlarında qərbin 800.000 əhalisi ilə dünyanı idarə etmək iqtidarında olmadığını etiraf etdiyi çıxışlarında da müşahidə edildi. "Bunun üçün əlavə addımlar atmalıyıq", o demişdi. Bundan çox keçməyib və dünyanın necə sürətlə qloballaşdığını açıqca görmək olur. Bu gün Türkiyə qloballaşan dünyada xüsusi yerə sahib olan ölkələrdən biridir və sözünü yalnız quruda deyil, Aralıq dənizi, Egey və Qara dənizlərdə beynəlxalq hüquq çərçivəsində söyləyir. ABŞ Qarabağ müharibəsi başladığından bəri uzun bir susqunluqdan sonra gözlənilməz bir qərar verir.

Rusiya ilə bir sıra nəticəsiz görüşlərdən sonra ABŞ iki Qafqaz ölkəsinin xarici işlər nazirlərini bir araya gətirərək Türkiyəyə nə demək istəyir?

- Daha əvvəl də qeyd edildiyi kimi, pandemiyadan sonra Birləşmiş Ştatlar dünyadakı əsas gücünü və təsirini itirdi. Amerika okeanlardan kənarda və xüsusən də Qafqazda güclü təsirə malik deyil. Bu addım ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilə bilər. Bildiyiniz kimi, Amerikanın hər yerində güclü erməni lobbiləri var və düşünürəm ki, bu, ABŞ-ı Qafqazdakı məsələlərə müdaxilə etməyə çağıran həmin lobbilərin təsiridir. Prezident postu uğrunda mübahisələr zamanı tərəflərdən heç biri səs itirmək istəmir. Bu səbəbdən Amerika açıq şəkildə hər şeyi Ermənistanın xeyrinə etməyə çalışacaq. Ancaq güman edirəm ki, bu, heç vaxt beynəlxalq hüquqa təsir göstərə bilməz və Qarabağın erməni işğalından azad olunması prosesində hər hansı bir mənfi dəyişikliyə səbəb ola bilməz.

Müsahibəni götürdü: Elnur Ənvəroğlu

Tərcümə etdi: Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı