Paşinyanın yenidən seçilmə şansı yüksəkdir Erməni politoloq Eurasia Diary üçün danışdı

Analitika 16:33 02.03.2021

Noyabr 10-da imzalanan təslimçilik razılaşmasından sonra Ermənistandakı etirazlar artan tempdə davam edir. Müxalifət tərəfdarlarının istefa tələbinə məğlubiyyətə birbaşa cavabdeh olan hərbi rəhbərlik də qoşulub. İndi həm müxalifət, həm də Ermənistan hərbi rəhbərliyinin istefa tələbi ölkəni yeni böhrana sürükləyir.

Ötən gün prezident Armen Sarksyan və Baş nazir Nikol Paşinyan arasında daha bir qalmaqal yaşandı. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı sənədi səbəbsiz rədd edən Ermənistan prezidenti Baş nazirin təzyiqi qarşısında hələlik duruş gətirir. Amma Paşinyanın dünən keçirdiyi mitinq bu dirənişin uzun müddət davam etməyəcəyini göstərir.

Ermənistanın Siyasi və İqtisadi strateji araşdırmalar Mərkəzinin rəhbəri Beniamin Poqosyan Ermənistandakı vəziyyətlə bağlı Eurasia Diary-yə qısa şərh verib.

Poqosyanın sözlərinə görə, Ermənistanda vəziyyət hələ də gərgin olaraq qalır və siyasi böhran getdikcə artmaqdadır: “Cəmiyyətdə yüksək dərəcədə qütbləşmə mövcuddur. Qütbün bir hissəsi Baş nazirin istefasını tələb edir, digərləri isə onun qalmasını istəyir. İkinci hissə 2018-ci ildən əvvəl Ermənistanda hakimiyyətdə olan siyasətçilərlə əlaqəli qüvvələrin yenidən hakimiyyətə gəlməsini istəmir. Digər tərəfdən, Baş naziri dəstəkləyən qruplar var və onlar xeyli güclüdürlər. Buna görə də, vəziyyətin hansı yöndə dəyişəcəyi sual olaraq qalır”.

Ekspert, ötən gün Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Baş nazirin qərarını rədd edən prezident Sarksyanla Paşinyan arasındakı narazılıq barədə də fikir bildirib. Qeyd edək ki, müxalif qruplarının açıqlamasına görə, Baş nazirin qanuni qərarını rədd etməsi səbəbindən prezidentə impiçment tətbiq edilə bilər.

“Konstitusiyaya görə, bu mümkündür. Lakin hakim “Mənim Addımım” qrupunun parlamentdə prezidentə qarşı impiçment tətbiq etmək üçün səs çoxluğu yoxdur. Ancaq prosesi başlamaq və Konstitusiya Məhkəməsinə müraciət etmək üçün kifayət qədər səsləri var. Hər halda, Prezidentin impiçmenti üçün perspektiv çox aşağıdır” – deyə ekspert bildirib.

Prezident Sarkisyanın hansı səbəbdən baş nazirin qərarına qarşı çıxdığını izah edən  Poqosyan, onun bu addımı ölkədə siyasi sabitliyin təminatı üçün atdığını bildirib. Bundan əlavə, o, prezidentin ölkədəki heç bir siyasi qüvvələrin təsiri altında olmadığını və bu addımın hər hansı bir kənar təsirlə əlaqələnmədiyini qeyd edib: “Fikrimcə, prezident mövcud böhrandan çıxmaq üçün yollar tapmaq istəyir. Ölkədəki siyasi gərginliyin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Baş Qərargah rəisinin istefası qərarı daha böyük böhrana səbəb ola bilər. İnanmıram ki, o, Ermənistanda hər hansı bir siyasi qüvvənin təsiri altındadır”.

Beniamin Poqosyan artan etirazlardan sonra Paşiyanın hakimiyyətdə qalıb-qalmayacağı və yaxın gələcəkdə ölkəsindəki siyasi proseslərin gedişatı ilə bağlı da proqnoz verib.

"Çox güman ki, Ermənistanı 2021-ci ilin sonuna qədər növbədənkənar parlament seçkiləri gözləyir. Paşinyan seçki kampaniyası dövründə Baş nazir vəzifəsini icra edərsə, seçkilərdən sonra yenidən bu posta seçilmək şansı yüksəkdir. Ancaq istefa versə, sonra müvəqqəti hökumət qurulsa, ardınca növbədənkənar seçkilər keçirilsə, Paşinyanın hakimiyyətdən getməsi labüd olacaq,” deyə o, fikrini tamamlayıb.

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı