Qırğızıstan-Tacikistan sərhəddində toqquşma canlar aldı Rusiya niyə buz kimi soyuqdur?

Analitika 20:39 03.05.2021

Mərkəzi Asiyada ərazi münaqişələrinin mövcudluğu özünü Qırğızıstan-Tacikistan sərhədində göstərib. Ərazi uğrunda yaşanan gərginlik silahlı toqquşmalarla müşayiət olunub. 28 apreldə su qaynaqları uğrunda başlayan toqquşma onlarla insanın həyatına son qoyub və yüzlərlə insan yaralanıb.

Dövlətlər sonda atəşkəs imzalasalar da, hələ də sərhəd münaqişələri öz həllini tapmayıb. Digər maraqlı məqam isə Kremlin səssizliyi idi. Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) çərçivəsində vasitəçilik təklif olunsa da, Moskva münaqişədə soyuqqanlı davranıb.

Rusiya keçmiş postsovet məkanında KTMT və Avrasiya İqtisadi Birliyi (AİB) vasitəsi ilə öz nüfuzunu qoruyur və maraqlarını həyata keçirir. Lakin bu siyasi alətlərin passivliyi onların funksionallığını sual altına salıb.

Eurasia Diary Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşma və KTMT-nin etinasız mövqeyi ilə bağlı politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib.

Politoloq toqquşma tərəflərinin hər ikisinin AİB deyil, KTMT üzvü olduğunu nəzərə alaraq burada əsas yükün KTMT üzərinə düşdüyünü qeyd edib: “Təbii ki, bu hadisə təşkilatın effektivliyini və üzvlərarası müttəfiqlik əlaqələrini şübhə altına almağa əsas verir. Əslində həm KTMT, həm də AİB Rusiyanın postsovet məkanındakı hegemonluğunu yenidən qaytarmaq niyyətindən irəli gəlir. Bu təşkilatlar Moskvanın geosiyasi maraqlarına xidmət edir. Bunun üçün də Rusiya üzv ölkələr arasında münasibətlərin tənzimlənməsi, problemlərin aradan qaldırılması, üzv ölkələrin inkişafı kimi detallarla maraqlanmır. Rusiya üçün ən əsası öz maraqlarının təmin edilməsidir. Belə ki, bu təşkilatların effektivliyi bu günə qədər də sual doğurur. İndi də sual altındadır”.

Nəzərə alsaq ki, hər iki dövlətin ərazisində Rusiya hərbi bazası mövcuddur, belə olduqda Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Politoloq münaqişə əsnasında Rusiyanın hər hansı tərəfi dəstəkləməmək və aktiv müdaxilə etməmək siyasətinə üstünlük verdiyini vurğulayıb.

“KTMT çərçivəsində vasitəçilik təklif olunsa da, hər iki ölkə buna ehtiyac olmadığını söyləyib. Moskva mümkün qədər özünü neytral aparmağa çalışdı ki, Qırğızıstan və Tacikistandakı mövqeyinə zərər gəlməsin.  ABŞ və NATO-nun öz qoşunlarını Əfqanıstandan çıxardığı bir dönəmdə həmin bölgənin və xüsusilə Tacikistanın Rusiya üçün önəmi daha da artıb. Tacikistan Əfqanıstanla həmsərhəddir və ABŞ qoşunları çıxdıqdan sonra sərhəddə yeni terror təhlükəsi yaranacaq. Şübhəsiz ki, istər Taliban, istərsə də digər terror təşkilatlarının mövqeləri daha da güclənəcək. Bu baxımdan Tacikistanın Moskva üçün əhəmiyyəti daha da artıb. Təsadüfi deyil ki, toqquşma başlayan ərəfədə Tacikistanın paytaxtı Düşənbədə KTMT-nin toplantısı keçirilirdi və Rusiyanın müdafiə naziri də orda iştirak edirdi. Ümumiyyətlə, Orta Asiya bölgəsini yaxın gələcəkdə heç də yaxşı günlər gözləmir. O bölgədə narahatlıq və təhlükələr getdikcə artacaq. Rusiya da təbii ki, çalışacaq ki, orda təhlükələrin qarşısını alsın. Çünki bu təhdidlərin qabağın almasa, həmin qrupların Rusiyaya keçməsi ehtimalı da var. Bu baxımdan Rusiya bundan sonra da regionda öz mövqelərini qorumağa çalışacaq”, deyə Şahin Cəfərli söyləyib.

Politoloq Rusiyanın postsovet məkanındakı münaqişələrdə marağının olmasının sirr olmadığını bildirib. O, Rusiyanın bu münaqişələrin bir çoxunun həllində əslində maraqlı olmayıb və yaxud yalnız öz maraqları çərçivəsində maraqlı olduğunu qeyd edib.

“Bu münaqişələrin bir çoxunda məhz Rusiya yaradıb. Mən məhz Qırğızıstan-Tacikistan münaqişəsini demirəm. Amma Qarabağ münaqişəsində, Ukraynada, Gürcüstan, Moldovada mövcud olan münaqişələrin yaranmasında Rusiyanın rolu olub. Rusiya bu bölgələrdə öz mövqeyini qorumaq üçün sadaladığımız münaqişələri yaradıb və bu günə qədər də tam həllinə imkan verməyib. Lakin konkret Qırğızıstan-Tacikistan münaqişəsində müasir Rusiyanı deyil, kommunist Sovet İttifaqını günahlandırmaq olar. Çünki onlar sərhədləri müəyyənləşdirərkən yerli, etnik xüsusiyyətlər nəzərə alınmdadan müəyyən edilib. Nəticədə isə çoxlu potensial isti ocaqlar yaranıb. Tacikistan-Qırğızıstan sərhədində də mübahisəli ərazilər həddən artıq çoxdur. Sərhəd xətində 450 km-lik ərazidə 70-dən çox mübahisəli ərazi var. Mən yaxın gələcəkdə bu problemin həlini görmürəm. Zaman-zaman gərginliklər davam edəcək. Rusiyanın Qırğızıstan-Tacikistan münaqişəsinin davamında marağı yoxdur. Əksinə problemin həllini istəyərdi. Lakin digər münaqişələrin isə davamında maraqlıdır və tam həllinə cəhd göstərmir”, deyə politoloq vurğulayıb.

Qırğızıstan-Tacikistan toqquşması KTMT-nin səmərəli təşkilat olmadığını ortaya qoysa da, üzv dövlətlər heç də bundan narahat görünmür. Politoloq bu təşkilata üzv olan dövlətlərin əsas məqsədinin Rusiya ilə münasibətlərin qorunması niyyətindən irəli gəldiyini bildirib. O, əslində KTMT-nin heç bir üstünlük vəd etmədiyini hesab edir.

“Onlar sadəcə münasibətləri qorumağa çalışırlar. Xüsusilə Tacikistan və Qırğızıstanın Rusiyadan asılılığı daha çoxdur. Çünki bu dövlətlər çox yoxsul ölkələrdi və onların əksər vətəndaşları Rusiyada çalışırlar. Onların öz ailələrinə göndərdikləri maddi vəsaitlər olmasa, bu ölkələrdə sosial gərginlik həddən artıq artar. Məhz bu əmək miqrantlarının Rusiyada çalışması bu ölkələrin daxilində stabillik faktoru kimi çıxış edir. Bu baxımdan Rusiyanın bu dövlətlər üçün önəmi böyükdür, eyni zamanda ikitərəfli iqtisadi münasibətləri saxlayırlar və bu, onların maraqlarına cavab verir. Eyni zamanda təhlükəsizlik məsələsindən gələn maraqlar da var. Xüsusilə Tacikistan bu işdə daha çox maraqlıdır. Çünki Tacikistan Əfqanıstandan gələn təhlükələrin qarşısını təkbaşına ala bilməz. 90-cı illəri xatırlasaq, o zamanlarda Tacikistan sadəcə sərhəddən deyil, daxildən də təhlükələrlə üz-üzə idi. Faktiki vətəndaş müharibəsi də başlamışdı. Əgər Rusiya olmasa idi, radikal islamçılar hakimiyyəti ələ keçirə bilərdi. Bu baxımdan da Rusiyanın Tacikistan üçün önəmi böyükdür”, deyə politoloq söyləyib.

Rusiya konkret olaraq KTMT çərçivəsində deyil, bu dövlətlər üçün böyük əhəmiyyətə malikdir. Politoloq bu baxımı əsas gətirərək üzv dövlətlərin Rusiyanın bu təşkilata qoşulmaq təklifini gözüyumulu qəbul etdiyini hesab edir.

“Əgər qiymət verəsi olsaq, KTMT-nin indiyədək hər hansı bir münaqişə zonasında stabilləşdirici faktor kimi çıxış etdiyini görməmişik. Bu çətir təşkilatlar qeyd etdiyim kimi Rusiyanın postsovet məkanında nüfuzunu qorumaq üçün fəaliyyət göstərir. Yaxın perspektivdə hər hansı bir üzvünün ayrılacağını gözləmir. Təşkilatın onsuz da xüsusi bir nüfuzu yoxdur. Amma AİB çərçivəsində müəyyən perspektivlər var. Çünki bu təşkilatın missiyası iqtisadi əlaqələri təmin etməkdir. Baxmayaraq ki, Rusiyanın maraqlarını təmin edən alətdir, üzv ölkələrə də iqtisadi sahədə müəyyən güzəştlər təmin edən təşkilat olduğuna görə bunun perpsektivi ola bilər. Rusiyanın məqsədlərindən biri də Azərbaycanı, İranı və hətta Türkiyəni də oraya cəlb etməkdir. Rusiya Türkiyə-Qərb münasibətlərini çox diqqətlə izləyir. Burada yaranan hansısa soyuqluq və gərginlik Rusiya maraqlarına uyğundur”, deyə Şahin Cəfərli fikrini tamamlayıb.

Ülvi Əhmədl

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı