Amerika “qayıdır” Bayden Zelenski ilə Vaşinqtonda görüşəcək

Analitika 12:08 12.06.2021

Ukrayna ilə Rusiya arasında baş verən son hadisələr fonunda Amerikanın yeni seçilmiş Prezidenti Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi politoloqlar tərəfindən çox maraqla gözlənilirdi. Bu görüş Amerika-Ukrayna münasibətlərinin yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq baxımdan da çox maraqlı idi. İyunun 7-də Co Bayden Zelenskiyə zəng edərək onu Vaşinqtona dəvət etdi. Səfərin Co Baydenin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putinlə qarşıdakı görüşlərindən sonra təşkil olunması qərara alınıb. Beləliklə Ukrayna lideri onu maraqlandıran beynəlxalq məsələlər haqqında təkcə Amerikanın deyil, eyni zamanda Rusiya və Türkiyənin mövqeyini də öyrənə biləcək.

Diqqət çəkən məqam odur ki, Ərdoğan-Bayden görüşünə toxunan mütəxəssislərin heç biri bu görüşdə Ukrayna-Rusiya münasibətlərinin də müzakirə olunacağı haqqında məlumat vermirlər. Amma iki liderin regionu narahat edən digər məsələlərlə yanaşı Ukrayna mövzusuna toxunmaması sadəcə mümkün deyil. Co Baydenin Cənubi Qafqazda olduğu kimi Ukrayna ilə münasibətdə də Türkiyə üçün yeni vəzifələr müəyyənləşdirməyin tərəfdarı olması barədə artıq informasiyalar sızıb.

Zelenski Türkiyə və Rusiya prezidentlərinə qədər Co Baydenlə görüşməyə can atırdı və hesab edirdi ki, görüşlərin sıralanması Amerikanın bu ölkələrə verdiyi əhəmiyyətin dərəcəsindən asılıdır. Amma Baydenin Zelenski ilə G7 və NATO tədbiri çərçivəsində deyil, Vaşinqtonda görüşməyi qərar alması Ukraynanın Amerika üçün heç də az əhəmiyyətli bir ölkə olmadığını sübut etdi. Zelenski də hadisələrin bu istiqamətdə inkişaf etməsindən - onun Vaşinqtona dəvət olunmasından məmnun kimi görünür. Ukraynada bu görüşə çox ciddi hazırlıq işlərinə start verilib.

“Mən buraya prezident Baydenin Ukrayna prezidenti Zelenski ilə telefon danışığı apardığı Oval kabinetdən gəlirəm. Avropadan qayıtdıqdan sonra prezident Bayden Vladimir Zelenskini Ağ Evdə qəbul etməyə hazırdır”. Kiyev üçün böyük əhəmiyyət kəsb edən bu bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan iyunun 7-də jurnalistlər qarşısında çıxışı zamanı verib.

Məlum olduğu kimi, Co Bayden G7 qrupunun sammitində iştirak etmək üçün artıq Böyük Britaniyadadır, iyunun 14-də Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla çoxdan gözlənilən və Ukraynadakı vəziyyətin də müzakirə ediləcəyi görüşünü həyata keçirəcək. İyunun 16-da isə Cenevrədə Vladimir Putinlə görüşmək qərara alınıb.

Qeyd olunan bəyanatı zamanı Cek Sallivan eyni zamanda bildirib ki, Bayden Zelenskini əmin edib ki, onun administrasiyası Ukraynanın suverenliyi və ərazi bütövlüyünü və gələcək hədəflərini ciddi şəkildə dəstəkləyəcək.

Vladimir Zelenski də öz növbəsində Amerika saytı ilə müsahibəsində Baydenlə görüşmək imkanı olduğuna görə minnətdarlıq ifadə edib və bildirib ki, bəzi məsələlərin müzakirə olunması üçün üz-üzə görüşmək çox böyük əhəmiyyət kəsb edir və “mən Ukrayna Konstitusiyasının qarantı kimi Ukraynanı dünyanın istənilən nöqtəsində və istənilən vaxt müdafiə etməyə hazıram”. Zelenski eyni zamanda nəticəsindən asılı olmayaraq, Baydenlə görüşüb bütün məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

Beynəlxalq münasibətlər üçün çox qısa görünən bu müddət ərzində Amerikanın yeni prezidenti Baydenin belə əhəmiyyətli görüşlər keçirməsi və müzakirələr aparması onun Amerikanın gələcəyi naminə qarşıda çox böyük məsələləri həll etmək məqsədindən xəbər verir. Bu təşəbbüslər Donald Trampın uğursuz hakimiyyətindən sonra Co Bayden və Amerika prezidentlərinə qarşı münasibəti yenidən formalaşdırır. Deyəsən, Amerika həqiqətən “qayıdır”. Təki Amerikanın növbəti “qayıdış”ı üçün atılan bu addımlar bütün dünyada sülh və təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini versin.

Əlimusa İbrahimov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı