İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ermənilərə rədd cavabı Azərbaycan diplomatiyasının yeni uğurudur

Analitika 13:41 13.06.2021

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın hazırda Azərbaycanda saxlanan və artıq barələrində məhkəmə hərəkətləri həyata keçirilən 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd etməklə bu işdə qanunun aliliyinə hörmətlə yanaşmaq prinsipini əldə rəhbər tutduğunu bir daha sübut etmiş oldu. Məlum olduğu kimi, Ermənistan artıq ikinci dəfə eyni məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edir və hər iki dəfə rədd cavabı alır. Növbəti rədd cavabı təbii ki, onları bu işdən əl çəkməyə məcbur edə bilməyəcək. Onlar hər rədd cavabından sonra yeni müraciətlər yazaraq əməllərini davam etdirəcəklər.

Bu məsələdə Azərbaycanın mənafeyini gücləndirəcək bir neçə məqama diqqət yetirmək lazımdır.

- Bildiyimiz kimi, Azərbaycanla Ermənistan arasında Rusiyanın da iştirakı ilə üçtərəfli atəşkəs haqqında bəyanat imzalandıqdan və müharibə bitdikdən sonra Azərbaycan ərazisinə terror hərəkəti törətmək məqsədilə göndərilən ermənilərin həbs olunması və hakim qarşısına çıxarılması ilə əlaqədar çox səs-küy qaldırırdılar. Onlar bütün beynəlxalq təşkilatları və nüfuzlu dövlətləri Azərbaycana bu məsələdə təsir göstərməyə çağırır, bəzən Azərbaycana qarşı bəyanatlar səsləndirməyə nail ola bilirdilər.

Misal olaraq, Fransa Prezidenti Emmanuel Makronun bu barədə canfəşanlığını göstərmək olar. O, digər dövlət rəhbərlərindən fərqli olaraq Azərbaycanın mövqeyini eşitmədən ermənilərin çaldığı havanı hələ də oynamaqda davam edir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin haqqında danışdığımız qərarı Makron kimilərin arqumentlərinin əllərindən alınması üçün gözəl vasitədir.

- Erməni təbliğat maşını həmişə olduğu kimi Azərbaycanda məhkəmə qarşısına çıxarılan erməni terrorçularının cinayət əməli törətmədiklərini, onların hərbi əsir kimi saxlandıqlarını bütün dünyaya elan edərək güclü təbliğat aparır. Məhkəmənin ilk iclası zamanı isə həbsdə olanların qatı cinayətkar olduğu artıq sübut olunub. İnsan hüquqları üzrə Avropa Məhkəməsi kimi nüfuzlu beynəlxalq təşkilatın onların tələblərini rədd etməsi erməni iddialarının növbəti dəfə ifşa olunması kimi də qiymətləndirilə bilər.

- Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları kimi ermənipərəst mövqe tutan ölkələr Azərbaycanda saxlanan ermənilərin azad olunması üçün müəyyən təsirlər göstərmək yolunu tutmuşdular. Avropa Məhkəməsinin bu qərarı onların cəhdlərinin də əbəs olduğunu sübut etdi və bundan sonra erməni əsirləri ilə əlaqədar Azərbaycana müraciət etən dövlət və beynəlxalq təşkilatlar tələbdən xahişə keçəcəklər.

- Həbsxanada olan və hakim qarşısına çıxarılan erməni terrorçularını azad etmək istiqamətində edilən təzyiqlərə baxmayaraq, heç bir qüvvənin Azərbaycanı tutduğu ədalətli yoldan döndərmək iqtidarına malik olmadığını bir daha sübut etdi.

Bu, eyni zamanda Azərbaycanda gələcəkdə terror aktı törətmək fikrində olan ermənilər üçün də böyük dərs oldu. Bundan sonra Azərbaycan kənardan ediləcək heç bir təsir və təzyiqə məhəl qoymadan terrorçular üzərində ədalət məhkəməsini davam etdirə və ya bu terrorçulardan öz siyasətini həyata keçirmək istiqamətində istifadə edə biləcək.

İstintaq hərəkətləri zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər bir-bir sübut olunduqca beynəlxalq təşkilatların erməni simasında kimləri müdafiə etdikləri bir daha aydın olacaq.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistanın vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Amma bu o anlama gəlmir ki, bundan sonra ermənilər Azərbaycana qarşı çirkin əməllər törətməkdən və onların havadarları terrorçu və qaniçənləri müdafiə etməkdən əl çəkəcəklər. Əsla yox. Onlar öz iyrənc əməllərini necə var, eləcə də davam etdirəcəklər.

Sadəcə Azərbaycan xalqı ermənilərə qarşı hərbi sahədə olduğu kimi diplomatik cəbhədə də qalib gəlməyin mümkün olduğuna bir daha əmin oldu. Hörmətli cənab Prezidentimiz İlham Əliyevin bir vəzifə kimi qarşımıza qoyduğu hücum diplomatiyası artıq öz bəhrəsini verməkdədir.

Əlimusa İbrahimov

Politoloq: “Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək” –  Aktualinfor.org

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı