Rus sülhməramlıların özbaşınalığı Bloqer Rusiya pasportu ilə Qarabağa buraxıldı

Analitika 14:45 27.07.2021

Rus bloqer Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa heç bir problem olmadan keçə bilib. Bloqerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür. O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir.  

Qeyd edək ki, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Və Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır.

Bu, Rus sülhməramlıların xarici ölkə vətəndaşını Qarabağa buraxması ilə bağlı yaşanan ilk belə hal deyil. Həmçinin, Rusiya pasportu ilə bölgəyə edilən səfərlər təhlükəli xarakter daşıyır.

Məsələ ilə bağlı siyasi şərhçi Teymur Qasımlı Eurasia Diary-yə açıqlama verib.

“Xatırlayırsınızsa, 10 Noyabr bəyanatından sonra rus sülhməramlıların Qarabağa rusları gətirməsilə bağlı məlumatlar yayılmışdı. Hətta orada kilsələrin açılışı ilə bağlı tədbir də keçirmişdilər. Daha bir məlumat isə Rusiya Federasiyasının Qarabağdakı ermələrə və ümumiyyətlə orada yaşayanlara rus pasportu verməyə başlaması ilə bağlı idi. Həmin vaxt Azərbaycan cəmiyyətində buna qarşı haqlı olaraq etirazlar oldu. Amma bu məlumat nə təsdiq, nə də təkzib olundu. Bilinir ki, bu passport verilir və belə videolar kifayət qədər çoxdur”.

Teymur Qasımlı bildirib ki, Azərbaycan tərəfi konkret olaraq Laçın dəhlizində rus sülməramlıların olmasına ona görə razılaşıb ki, bura nəzarət etsinlər və gediş-gəlişə imkan verməsinlər: "Qarabağa rus pasportu ilə edilən səfərlər və Rusiya sülhməramlıların buna göz yumması 10 Noyabr bəyanatının kobudcasına pozulması deməkdir. Azərbaycan hökuməti 10 Noyabr bəyanatına da istinad edərək buna qarşı hər hansı tədbirlər görə, rus pasportu ilə səfərlərin dayandırılmasını tələb edə bilər. Yəni, beynəlxalq hüququn maddələrinə istinad edərək rus sülhməramlıları və Rusiya dövləti ilə bağlı istək və tələblərini bildirə bilər. Laçın dəhlizi ilə bağlı məsələni gündəmə gətirə bilər ki, siz burada özbaşınalıq edirsiz, Azərbaycan Respublikası ərazisinə rus pasportu ilə daxil olunmasına icazə verirsiz. Ya buranın qorunmasını təşkil edin, ya da Azərbaycan Laçın dəhlizi və sülhməramlıların orada göstərdiyi məsuliyyətsizliklərlə bağlı hər hansı tədbir görəcək. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla rus sülhməramlıların ağ missiyasını düzgün yerinə yetirməməsinə qarşı cavab verilməlidir".

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı