Türkmənistan türk kəmərini seçdi Rusiya hansı tədbirlərə əl atacaq?

Analitika 16:17 15.09.2021

Sentyabrın 14-də Hollandiyanın beynəlxalq enerji və əmtəə ticarət şirkəti olan Vitol, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə 2021-ci ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə ildə 1 milyon ton Türkmənistan neftinin nəqlinə dair müqavilə imzalayıb. Bu razılaşma nəinki iki türk dövlətləri arasında neft gəlirlərinin səmərələşdirilməsi, hətta neft bazarında rəqib şirkətlərin də imkanlarını da məhtudlaşdırıb.

Hələ ötən ildən müzakirə mövzusu olub, lakin pandemiya səbəbindən açıq məsələ kimi qalan bu razılaşmanın imzalanması nəticəsində Türkmənistan neftinin Rusiyanın Novorosiysk neft kəməri vasitəsilə nəqli təxminən 50% azalacaq. Hazırda Türkmənistan neftinin Rusiya Federasiyası üzərindən tranziti aylıq təxminən 160 min ton təşkil edir. Neft, xammal şəklində tankerlərlə Xəzər dənizi vasitəsilə Mahaçqala limanına daşınır və oradan neft kəməri ilə Novorossiyskə nəql olunur. Deməli 50% düşüş olacağı təqdirdə, proqnozlara görə, bu miqdar 80 min tona enəcək.

Bundan əlavə, Rusiya mətbuatı yazır ki, Azərbaycan və Rusiya uzun müddətdir Türkmənistan nefti uğrunda mübarizə aparır və bu müqavilə yeni rəqabətin mərhələsini başladacaq.

Digər maraq doğuran məsələ bu razılaşmanın gələcəkdə Azərbaycan daxilində yanacaq qiymətlərinə təsiridir.

Məsələ ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli EDNews.net-ə açıqlama verib. O Türkmənistanla Azərbaycan arasında son zamanlar münasibətlərin yaxşılaşması və bunun müsbət nəticələri barədə söz açıb.        

“İlk öncə bunu qeyd edim ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin son zamanlarda ciddi şəkildə normallaşmasına şahid oluruq. “Dostluq” yatağı ilə bağlı bağlanmış müqavilə bunun sübutudur və Türkmənistan neftinin Azərbaycan ərazisi ilə nəqlinin artırılması təbii ki, bu əməkdaşlığın və yaxınlaşmanın növbəti əlamətlərindən biridir. Tranzit yolu ilə Azərbaycan üzərindən türkmən neftinin nəql edilməsi təbii ki, kifayət qədər ciddi tranzit gəlirlərinin artmasına da səbəb ola bilər. Bu eyni zamanda, gələcəkdə Türkmənistan qazı ilə də bağlı və ümumiyyətlə Türkmənistan-Azərbaycan  münasibətlərinin yaxşılaşdırılması ilə bağlı addımların təməlini qoyur və Avropa bazarına türkmən neftinin çıxmasına şərait yaradır. Bunun özü də kifayət qədər ciddi və irəliyə atılacaq bir addımdır”.

Ekspert həmçinin, Türkmənistanın BTC-yə üz tutmasının Rusiyanın mənfi reaksiyasına səbəb olub-olamayacağı və olarsa bunun müqabilində hansı konkret addımları ata biləcəyi, o cümlədən bu rəqabətin necə və hansı formada davam edəcəyi barədə fikir bildirib.

“Rusiya məsələsinə gəlincə, bu cür atılan addımlar hər zaman Rusiyanın etirazına, yaxud da qıcığına səbəb olur. Lakin fikrimcə Rusiya indiki dövrdə Türkmənistan və Azərbaycan rəhbərliyinin birgə atdığı addımlarla bağlı hansısa bir kəskin reaksiya verməyəcək. Çünki Rusiya hazırda Şimal Axını 2 və digər məsələlərlə bağlı Aİ ilə danışıqların son mərhələsindədir. Hesab edirəm ki, burada qlobal bir anlaşma da var. Xüsusilə ŞA2 layihəsinin Almaniya və Aİ tərəfindən dəstəklənməsi həm də ona hesablanıb ki, gələcəkdə Rusiyada TransXəzər boru kəmərlərinin çəkilməsinə və Türkmənistan enerji daşıyıcılarının Avropa bazarına çıxarılmasına da Rusiya maneçilik törətməsin. Yəni bu qlobal anlaşmanın bir tərkib hissəsi kimi də ola bilər”.

Elnur Ənvəroğlu

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı