Rusiya özü bir neçə ildən sonra Qarabağdan çıxmaq istəyəcək Yeganə Hacıyeva erməni nəşrinin yalanını ifşa etdi

Analitika 17:45 17.09.2021

Ermənistanın “Hraparak” nəşrinin yaydığı qeyri-rəsmi məlumata görə, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tərəfləri yeni razılaşma əldə ediblər. Razılaşmaya əsasən Qarabağın statusu müəyyənləşmədən sərhədlərin delimitasiya və demarkasiyasına başlanacaq. Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu müddətsiz uzadılır. Zəngəzur dəhlizi açılır və dəhlizdən istifadəyə görə Azərbaycan hər il Ermənistana 150 milyon dollar ödəyir. Laçın dəhlizi və Gorus-Qafan yolu razılaşmada yer almayıb. Qəzetin yazdığına görə Ermənistan tərəfi danışıqların nəticəsindən çox məmnun qalıblar. İddia olunur ki, bu razılaşma üzərində iş hələ də aparılır və razılaşma gələn ilin yanvarında imzalanacaq.

Amma bu məlumatın nə qədər doğru olduğu məlum deyil. Mövzu ilə bağlı EDNews.net-ə açıqlama verən politoloq Yeganə Hacıyeva da dezinformasiya və yalan xəbərlərin erməni diplomatiyasının ana xəttini təşkil etdiyini deyib:

“Ümumiyyətlə erməni tarixi, erməni ədəbiyyatı, erməni musiqisi, erməniliyin özü dezinformasiyalardan istifadə olunmaqla həyata keçirilən bir normadır. Birincisi, bu cür yalan məlumatlarla hökumət cəmiyyətin gözünü qorxudur, ikincisi revanşist qüvvələrin daxili ehtiyacını ödəyir. Ermənistan hökuməti müharibənin acı nəticələrindən dolayı cəmiyyətdə etimadını itirib və digər proseslərin axarında etimadı itirməklə dezinformasiyalara əl atırlar”.

Ekspert bildirib ki, 10 Noyabr bəyannaməsinin bəndləri üzrə üçtərəfli təmaslar davam edir: “Ermənilərin ən böyük narahatlığı delimitasiya və demarkasiya məsələləri ilə bağlıdır. Ermənistan müdafiə nazirinin “müharibəyə hazırıq” deyə açıqlama verməsi, ehtiyatda olan hərbçilər üçün toplanışlar edilməsi, bunlar hamısı blefdir. Çünki keçən il bu vaxt onlar illərlə hazırlaşdıqları müharibəni cəmi 44 günə biabırcasına uduzdular”.

Politoloq qeyd edib ki, Ermənistan delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməli olduğunu anlayır: “Azərbaycan kifayət qədər konkret mesajlar verdi ki, ehtiyac yaranarsa təktərəfli qaydada prosesi aparacaq. Gorus-Qafan yolunun bağlanması məsələsi buna sübutdur. 21 kilometrlik məsafədə delimitasiya və demarkasiya prosesinin təktərəfli getməsinin şahidi olduq. Buna əlbəttə ki, ermənilər də şahid oldu. Bu onlara bir siqnaldır ki, bu prosesdə onların iştirakı olmadan SSRİ dövründəki mövcud xəritələrin üzərindən davam edəcək.

Məsələ burasındadır ki, 10 Noyabr razılaşmasından sonra regionun rəngini qismən dəyişən kommunikasiya imkanlarından kənarda qalan oyunçular var idi. Onlar Ermənistandan istifadə edərək bu proseslərə qoşulmaq istəyirdi. Bu ölkələr rəsmi İrəvanın yanında da öz legitimliyini itirdi. Qarabağ Ermənistanın uzun illər həyata keçirdiyi çirkli daşınmalar, həmçinin sanksiyalara məruz qalmış qonşuların sanksiyaları yarmaq üçün bir platforma idi. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra reallıq dəyişdiyi və alternativ marşrut olmadığı üçün “Ermənistanın təhlükəsizliyi İranın qırmızı xəttidir” və İran generallarının dəstək mesajları kimi fərqli mesajlar verdilər. İndi aydın oldu ki, onlar Ermənistanı deyil, öz xətlərini müdafiə edirmişlər.

Dünya Bankının “Azərbaycandan Ermənistana köçürmələr var” deyə hesabatları var. Sadəcə, Qarabağ beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi tanındığı üçün bu belə təqdim olunurdu. 2020-ci ilin 9 ayında müharibə baş verənə qədər bu aylıq köçürmələrin miqdarı 211 milyon dollar olmuşdu. Daha sonra Azərbaycanın mühakimə etdiyi, minalanmış xəritələrlə barter etdiyimiz terrorçular da eyni məqsədlə ora yaxınlaşmışdılar. Terror koridoru formalaşdırıb sonra bu terror koridorundan çirkli pul köçürmələrini davam etdirmək məqsədi daşıyırdılar. Buna isə imkan verilmədi”.

Politoloqun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirinin az qalsın Qarabağın vəkili və Ermənistanın nümayəndəsi qismində status məsələsini ATƏT-in Minsk Qrupunun gündəliyində olması mesajı onun fərdi mesajı deyil: “O, Amerika Erməni Milli konqresinin tövsiyəsilə bu vəzifəyə təyin edilib. Azərbaycan gözə görünən və görünməyən tərəflərdən statusla bağlı təzyiqlər görür. Qeyd edilməlidir ki, Azərbaycan unitar dövlətdir və bizim Konstitusiya status məsələsinin müzakirə olunmasına imkan vermir”.

Y. Hacıyeva dəhliz məsələsi ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunu təhlükəsizlik aspektindən irəli gələrək bağlayıb: “Qraparak” nəşrinin yaydığı məlumatlarda bir doğru məlumat var ki, o da Zəngəzur koridorunun açılmasıyla bağlı Nikol Paşinyanın maliyyə istəməsidir. Lakin biz də Laçın dəhlizi və Gorus-Qafan ilə bağlı maliyyə tələb edə bilərik. Hətta Rusiya sülhməramlıların yerləşdiyi ərazilərdə də tərəfimizdən gömrük rüsumu istənilə bilər. Çünki burda Azərbaycan sərhəd xidmətinin postu var və məntiqi davamı kimi gömrük xidməti də olacaq. Əgər koridora görə maliyyə istənilsə, tərəflərin hər biri bunu istəyəcək. Yəni bu məsələ də qeyri-ciddidir”.

Ekspertin bildirib ki, sülh məsələsinə gəlincə, biz dəfələrlə rus sülhməramlıların təhlükəsizliklə bağlı təlimlər keçirdiyini görürük: “Birinci dəfə təlimlər PUA-larla dəhlizin qorunması, sırağagünkü təlimlərsə Qarabağ və yerləşdikləri Azərbaycan ərazisində 27 postun hamısını əhatə edən döyüş tapşırıqlı təlimlər idi. Sülhməramlılar oradakı mövcudluqlarını kimdənsə qoruyacaqlar. Azərbaycan və Türkiyə də Laçın dəhlizində təlim keçirdi, lakin buna səbəb Rusiyanın öncə keçirdiyi təlimlər idi. Yəni birinci top ruslardan gəlmişdi.

Bu gün sülhməramlıların Azərbaycanda da uzunmüddətli qalmasının heç bir əsası yoxdur. Bunun siyasi və iqtisadi səbəbləri var. BMT sülhməramlıalrı bir müddətdən sonra yerləşdikləri dövlətə maliyyə ödədikləri kimi Rusiya da bir müddətdən sonra orda qaldığı müddətdə Azərbaycana maliyyə ödəməlidir. Bu təxmin etdiyimizdən daha qısa vaxtda baş verəcək. Çünki ən azından Rusiya sülhməramlılarının orada mövcudluğu Azərbaycana öz dövlət ərazisindən tam istifadə etməkdə müəyyən narahatlıqlar yaradır. Beş ildə sülh sazişi imzalanmalı və sonra sülhməramlılar çıxmalıdır. Azərbaycanın yanaşması budur. Mən hətta ehtimal edirəm ki, Ermənistan da bunda maraqlı deyil. Çünki istər Zəngəzur, istərsə Mehri dəhlizində maliyyənin götürülmə yükü Rusiyaya aiddir. Gorus-Qafan yolunda biz qoyduğumuz rüsumlar büdcəmizə daxil olur. Sülhməramlıların aldığı rüsum isə qismən Ermənistanın büdcəsinə, daha çox Rusiyanın büdcəsinə gedəcək. Rusiya istədiyi vaxt buradan kimin gedib-getməməsini filtrləyə biləcək”.

Y. Hacıyeva bildirib ki, sülh sazişinin imzalanmasınını əsaslandıran və əsaslandırmayan bir çox məqamlar var. 10 Noyabr bəyannaməsinin bütün bəndlərinə əməl olunmalıdır. Qanunsuz erməni silahlıları bölgədən çıxarılmalıdır: “İkinci məsələ Qarabağın sülhməramlılar və Ermənistan tərəfindən süni məskunlaşıdırılması ilə bağlıdır. Azərbaycan ərazilərindən 44 günlük müharibə zamanı Ermənistana gedənlərin sayı ilə rus sülhməqamlılarının Qarabağa qaytardığı ermənilərin sayı arasında kəskin fərq var. İndidən onların sayının bu qədər göstərilməsi bu ərazilərə oradan-burdan doldurulması üçün əsas formalaşdırır. Üçüncü, 30 ildir Ermənistanın işğalında olan rayonlarımızda məskunlaşmış erməni əhalisi müharibəsən sonra sülhməramlılar tərəfindən yenə də Qarabağın içinə Ağdərə, bəzən isə hətta Xocalıya yerləşdirilir. Bu da aradan qaldırılmalıdır. İqtisadi proseslərdə Ermənistan tərəfi hər cür sabotaja yol açır. Amma bu heç bir halda iqtisadi kommunikasiyaların açılmasından yayınması anlamına gəlmir. Bu daha çox onların daxili siyasəti üçün lazımdır. Ümumilikdə bu proses davam edir və edəcək”.

Ekspert əlavə edib ki, bir neçə ildən sonra Rusiyanın kənarda hərbi qüvvə saxlaması iqtisadi cəhətdən ağır olacaq. Qarabağda, həmçinin, Yaxın Şərqdə qalması prosesinə xərclənən maliyyə Rusiyanın daxilində ehtiyaclar yaradacaq. 

Gülnar Səlimova
 
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı