Dünyaya meydan Ərdoğanın “aralıq qələbə”si Türkiyə boyun əymədi

Analitika 12:38 26.10.2021

Oktyabrın 18-də Türkiyədə yerləşən 10 ölkənin səfiri türkiyəli iş adamı və insan hüquqları müdafiəçisi Osman Kavalanın azadlığa buraxılması üçün Türkiyə hökumətinə rəsmi müraciət ünvanlayıb. 5 gün sonra bir mitinq zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu müraciətə sərt reaksiya verib:

“Yatırlar, dururlar Kavala, Kavala. Kavala dediyin Sorosun Türkiyə filialıdır. 10 səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir? Siz buranı nə zənn edirsiz? Bura Türkiyədir, qəbilə dövləti deyil! Xarici İşlər nazirimizə təlimat verdim ki, bu 10 səfiri dərhal “arzuolunmaz şəxs” elan etsinlər”.

Bu açıqlamadan sonra 2 gün ərzində davam edən “persona non qrata” diplomatik mübarizəsinin qalibi Ərdoğan olub. Belə ki, ötən gün ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “tvitter” hesabından açıqlama yayılıb. Açıqlamada ABŞ-ın diplomatik münasibətlərlə bağlı Vyana konvensiyasının 41-ci maddəsinə riayət etdiyi bildirilib. Bunun ardınca müraciətə qol çəkən digər 9 ölkənin səfirliklərindən də bənzər açıqlamalar verilib.

Qeyd edək ki, Vyana konvensiyasının 41-ci maddəsinə görə, bir diplomat göndərildiyi ölkənin qanunlarına hörmət etməli və  daxili işlərinə qarışmamalıdır. ABŞ, Almaniya və Fransanın liderliyində 9 dövlətin səfirləri tərəfindən ünvanlanan müraciətdən sonra belə bir açıqlamanın verilməsi Ərdoğanın “ölkəmizdən qovarıq” təhdidi qarşısında geri addım atmaqdan başqa bir şey deyil.

Gözlənilənin əksinə, Ərdoğanın sözügedən açıqlamasından sonra Türkiyə nə 10 səfiri ölkəsindən qovdu, nə də bu dövlətlərlə arasında ciddi bir diplomatik böhran yaşandı. Buna çox güman ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu başda olmaqla türk diplomatların 2 gün davam edən uğurlu danışıqları səbəb oldu.

Ərdoğanın “persona non qarata” çıxışına Çavuşoğlu başda olmaqla heç bir türk diplomat münasibət bildirmədi, mətbuata mövzuyla bağlı açıqlama vermədi. Səbr və təmkinlə münasibətləri normallaşdırmağa çalışan türk diplomatları bir tərəfdən dövlət başçısının nüfuzu və iradəsini, digər tərəfdənsə ölkənin milli maraqlarını qorumağa müvəffəq oldular.

Ötən gün hökumətin iclasından sonra danışan Ərdoğan “məqsədimiz böhran yaratmaq deyil, dövlətimizin müstəqilliyini nümayiş etdirməkdir. Hər şeydən əvvəl türk məhkəməsi kimsədən tapşırıq almaz, kimsənin əmrinə giməz” deyərək bir daha açıq bir şəkildə Türkiyənin Osman Kavala məsələsində mövqeyini ifadə etdi.

Beləliklə, ilk baxışdan “persona non qrata” problemi bir diplomatik böhrana çevrilmədən həll edildi. Amma problem tam həll edildimi?

Nəzərə almaq lazımdır ki, Ərdoğan üçüncü dünya dövlətlərinin deyil, aralarında ABŞ, Almaniya, Fransa və Kanadanın da olduğu aparıcı dövlətlərin səfirlərini qovmaqla hədələdi. Bu, diplomatiya tarixində, ən azından Türkiyə diplomatiyası tarixində görünməmiş bir addım idi. Bu dövlətlərin isə geriyə addım atmağa məcbur edildiklərini unudacaqlarını gözləməyə dəyməz. Sözügedən problemin gələcəkdə Türkiyənin əleyhinə atılan addımlar üçün fürsət yaratma ehtimalı qalmaqdadır. Səfirləri ölkədən qovulmaqla hədələnən ABŞ, Almaniya və Fransanın yaxın gələcəkdə Türkiyəyə qarşı inadkar və revanşist diplomatiyası davam edə bilər.

Amma o da unudulmamalıdır ki, istənilən halda Türkiyə Qərbin vuran qoludur. NATO-nun ikinci böyük ordusu olan Türkiyə Qərbdən nə qədər asılıdırsa, Qərb də Türkiyədən bir o qədər asılıdır. Türkiyənin Qərblə əməkdaşlığı olmasaydı 4 milyon suriyali qaçqın bu gün Avropada məskunlaşar, İŞİD hələ də Suriyada at oynadardı. Türkiyə həmçinin Rusiyanın NATO sərhədlərinə doğru genişlənməsi təhlükəsinə qarşı bir sədd, Qərbin Qafqaz, Qara Dəniz və Yaxın Orta Şərq regionunda əsas hərbi-siyasi təmsilçisidir. Bütün bunları nəzərə alan Ərdoğan dövlətinə xəyanət etmiş Osman Kavalanın azad olunması məsələsində Türk hökuməti və məhkəməsinə qarşı tələb ortaya qoyan Qərb alyansına meydan oxudu və Türkiyənin dövlət müstəqilliyini bir daha dünyaya nümayiş etdirdi.

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı