Ermənistanın bu cür siyasətinə qarşı Azərbaycan daha ciddi tədbirlər görəcək Tofiq Zülfüqarov

Analitika 17:43 17.11.2021

“Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə xarici qüvvələri cəlb etmək istəyir”. Bu sözləri EDNews.net-ə sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanla sərhədin Kəlbəcər və Laçın istiqamətində erməni hərbi birləşmələrinin Azərbaycan mövqelərinə qarşı təxribatlarını şərh edərkən bildirib.

Qeyd edək ki, noyabrın 16-da Ermənistan hərbi birləşmələri Laçın və Kəlbəcər istiqamətində mövqe tutan Azərbaycan ordusuna qarşı provokasiyalara əl atıb. Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin niyyətini başa düşüb və çevik tərpənərək onun hücumlarının qarşısını alıb. Müdafiə Nazirliyinin məlumatına görə, cavab zərbələri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Bununla bərabər, Azərbaycan hərbiçiləri Ermənistan tərəfinin iki postunu nəzarət altına alıb və 13 erməni hərbçisini əsir götürüb.

Rusiya Müdafiə naziri Serqey Şoyqonun vəziyyət ilə əlaqədar Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə telefon danışığından sonra sərhəddə atəşkəs elan edilib. Hal-hazırda regionda vəziyyət stabil olaraq qalır.

Digər vacib məqam isə iki dövlətin sərhədində hərbi qarşıdurma baş verərkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatıdır. Qriqoryan Şuranın iclasında Ermənistanın Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiya olunmasına hazır olduğunu qeyd edib.

Ortaya maraqlı sual çıxır: Azərbaycan regional problemlərin həlli zamanı hansısa irəliləyişə nail olmaq üçün daima gücdən istifadə etməlidir? Ümumiyyətlə, Yerevanın hərbi qarşıdurmalardan dərs alaraq yaxın perspektivdə bir sıra regional məsələlərin həlli ilə bağlı danışıqlara qayıtması nə dərəcədə həqiqəti əks etdirə bilər?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Məsələyə toxunan politoloq Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan hakimiyyəti hal-hazırda Azərbaycanla sərhəddə təmas xətti formalaşmasına çalışır.

“Sərhəddə baş verən təxribatlar onu göstərir ki, Ermənistan delimitasiya və demarkasiya danışıqlarına getməkdən boyun qaçırır. Yerevan qəti şəkildə Azərbaycanla qanuni sərhədin rəsmiləşməsini istəmir. Əvəzində isə sərhəddə təmas xəttinin yaranmasına cəhd edir. Eyni zamanda, təmas xəttinin formalaşdırılması üçün bölgəyə hər hansı xarici qüvvələri cəlb etmək istəyir”, – deyə Züflüqarov bildirib.

Politoloqun fikrinə görə, Ermənistan bu cür siyasət yeritməklə özünü sığortalamaq istəyir. O, əlavə edib ki, Azərbaycan belə bir siyasətin qarşısının alınması üçün ciddi tədbirlər görməyə başlayıb.

“Ermənistan özünü sığortalamaq üçün regionun sabitliyinə və əmin-amanlığına qarşı bu cür siyasət yeridir. Bu siyasəti davam etmək qərarındadır. Azərbaycan da Yerevanın siyasətini anlayır və bunun qarşısının alınması ilə əlaqədar ciddi tədbirlər görmək üçün bir sıra imkanlarından istifadə edir”,  – deyə politoloq bildirib.

“Ermənistan rəhbərliyi ölkəsinin sığortalamasında xarici qüvvələrə etibar edir. Çalışırlar ki, onları xarici qüvvələr qorusun”, – deyə o əlavə edib.

Armen Qriqoryanın demarkasiya açıqlamasına münasibət bildirən Tofiq Zülfüqarov Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasının vacibliyini qeyd edib.

“Hesab edirəm ki, delimitasiya və demarkasiya məsələsi texniki bir məsələdir. Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı danışıqlara qatılmamışdan qabaq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və qanuni sərhədlərini tanıması ilə bağlı bəyanat verməlidir. Yerevan regionda sabitlik istəyirsə ilk öncə bu addımı atmalıdır”.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı