Nəinki Azərbaycan, hətta Rusiyanın özü də Ermənistanın mövqeyini başa düşmür Ekspert

Analitika 10:50 04.12.2021

“Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün qəbuledilməzdir”. Bu sözləri Azadlıq Radiosuna müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan üçtərəfli bəyanatlarda qeyd olunan regional kommunikasiyaları şərh edərkən bildirib.

Armen Qriqonyan Yerevanın Ermənistan, Azərbaycan və regional dövlətləri birləşdirən kommunikasiyaların açılmasına, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin yaradılmasına, hətta regional kommunikasiyaların infrastrukturunun həyata keçirilməsinə tərəfdar olduğunu qeyd edib.

“Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilərik, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, – Qriqoryan bildirib.

Lakin əsas məsələ Təhlükəsizlik Şurasının katibinin Ermənistan daxilində Azərbaycana məxsus anklavlarla bağlı mövqeyidir. 30 il ərzində Azərbaycan ərazilərini işğal etdiyini etiraf etməyən ermənilər bu dəfə anklavların Azərbaycana məxsus olduğunu inkar etməyə başlayıblar.  

Təhlükəsizlik Şurasının katibi anklavların olub-olmadığını araşdırmaq lazım olduğunu bildirib: "Bizim bütün araşdırmalarımız göstərir ki, hüquqi əsasda anklavdan söhbət gedə bilməz, biz bu məsələni araşdırmaqda davam edirik. Ola bilsin ki, vaxtilə icma başçıları hansısa qərar qəbul ediblər, amma bunun hüquqi əsası yoxdur”.

Qriqoryanın bəyanatları ilə bağlı EDNews.net-ə danışan tanınmış politoloq İlqar Vəlizadədə Ermənistan hakimiyyətinin regional kommunikasiyalar ilə mövqeyinin anlaşılmaz olduğunu qeyd edib.

Putin Paşinyana təzyiq etməlidir, əks təqdirdə Azərbaycan öz münasibətini  açıq şəkildə bildirəcək" - İlqar Vəlizadə

“Dəhliz ilə bağlı Ermənistanın tutduğu mövqe anlaşılan deyil. Tam ziddiyyətli mövqe sərgiləyirlər. Nəinki Azərbaycan, hətta Rusiyanın özü də Ermənistanın mövqeyini başa düşmür. Dəfələrlə qeyd edilib ki, dəhliz coğrafi məkanları birləşdirən və bir neçə nəqliyyat sistemlərindən ibarət olan bir şəbəkədir. Bu məsələ ilə bağlı hər hansı uydurmalar və fərziyyələr yaymaq yersizdir.

Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasını ləngidir. Onların bu hərəkəti üçtərəfli bəyanatların öhdəliklərinə ziddir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Yeri gəlsə, Ermənistan buna məcbur edilməlidir”.

İlqar Vəlizadə Armen Qriqonyanın anklavlar ilə bağlı iddialarını əsassız adlandırıb.  O qeyd edib ki, Sovet dövründə hazırlanmış xəritələr anklavların hüquqi cəhətdən Azərbaycan ərazisinə və suverenliyinə aid olduğunu göstərir.

“Qriqonyanın ciddi savad problemləri var. Onun iddiaları bisavadlıqdır. Necə yəni ankılavların olub-olmadığını araşdırmaq lazımdır? Kim araşdıracaq bu anklav məsələsini? Sovet dövründə SSR-yə daxil olan respublikaların inzibati ərazi bölgüsü ilə bağlı xəritələr müəyyən edilib. Bu xəritələr sovet respublikaların konstitusiyalarında əks olunub.

Sovet xəritələri çərçivəsində Ermənistan SSRİ və Azərbaycan SSRİ öz səlahiyyətlərini müəyyənləşdiriblər. Hətta, SSRİ dağılanda yeni müstəqillik əldə etmiş Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bu xəritələr əsasında müəyyən ediblər. Buna görə də Ermənistan daxilində anklavlar Azərbaycana məxsusdur”.

“Qriqonyan bu məsələ ilə bağlı fikir bildirməmişdən qabaq SSRİ Ali Sovetinin müttəfiq respublikalarının ərazi bölgüsünü təsdiq edən qərarlarını oxusun”, - deyə o əlavə edib.

Politoloq, həmçinin SSRİ dövründə inzibati ərazi bölgüsü xəritələrində müəyyən dəyişikliklərin edildiyini də vurğulayıb: “Sovet dövründə Moskva xəritələrdə müəyyən dəyişikliklər də edib. Əlbəttə, bu dəyişikliklər bəzi respublikalar üçün məqbul deyildi, lakin onlar bunu məcbur şəkildə qəbul edirdilər. Düzdür, 15 respublika müstəqilliyə çıxandan sonra və hal-hazırda da öz aralarında sərhəd problemlərini beynəlxalq hüquqa uğun həll etməyə çalışırlar”.

Sonda politoloq Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiyasının sovet xəritələri üzərində həll edilməsinin vacibliyini bildirib.

“BMT-nin rəsmi saytında Azərbaycan və Ermənistan sərhədləri hüquqi cəhətdən təsdiq olunur. Hər iki dövlətin sərhədlərinin delimitasiya və demarsiyası beynəlxalq hüququn normaları və prinsiplərinə uyğun nizamlanmalıdır”.

Yunis Abdullayev 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı