“Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər Hərbi ekspert

Analitika 15:26 04.12.2021

“Qaraheybət hərbi poliqonunda baş verən məlum helikopter qəzası, hərbi pilot elitamızın qaymaqlarının şəhid olması olayı, o qədər böyük faciədir ki, düzü hadisəyə ilk əvvəldən rəy soruşanlara cavab vermək istəyində olmadım, gücüm yalnız hamı kimi için-için ağrınmağa çatdı”.

EDNews.net-in Modern.az-a istinadən məlumatına görə, bunu hərbi ekspert Tərlan Eyvazov deyib. Onun sözlərinə görə, baş vermiş bu faciəvi hal xüsusi peşakar yanaşma tələb edir. T.Eyvazov bir çox “ekspertlər”in dərhal “bu yüz faiz diversiyadır” iddiasınıirəli sürmələrinə etiraz edib.

“Mütəxəssislərin, aidiyyatı qurumların rəylərini, çox olmasa da, vertalyotlarda onlarla saat şəxsi uçus saatımın olmasını (hərbi, o cümlədən Mİ -17-də sərnişin kimi) nəzərə alıb müəyyən fikirlərimi bölüşmək qərarına gəldim. Əvvəla baş verən olay o qədər təzadlı və mürəkkəbdir ki, burada dərin texniki analiz aparmadan, ekspertizanın nəticəsi məlum olmadan mütləq fikir söyləmək düzgün olmazdı. Yalnız bir fakt əvvəldən məlum idi, kənardan hər hansı bir atəş açılmamış, maşının içərisindən hansı bir partlayış olmamışdır. Əgər belə olsaydı, bu mərkəzdən cəmi 25 km məsafədə olan poliqondakı bütün avia-texniki vasitələrdə qeydə alınar, həmçinin, hadisə şahidləri tərəfindən görünmüş olardı. Və heç kəs oradan salamat çıxa bilməzdi”.

T.Eyvazov xatırladıb ki, son məlumatlatda hərbi helikopterin “qara qutusu”nun oxumaq üçün Rusiyaya aparılması, orada ekspertizadan keçiriləcəyi bildirilir, amma bu barədə rəsmi məlumat verilmir.

““Qara qutu”nun oxunmasının yalnız Rusiyada ola biləcəyi bir aksioma kimi vurğulanır... Yanlış fikirdir. Bizdə həm mulki, həm hərbi aviasiyada “qara qutu”ların oxunması üçün heç bir texniki problem, çətinlik yoxdur. “Qara qutu”nun yazısı əvvəllər adi maqnitofon, indi isə “fleşka” kimi oxunur. Cəmiyyətimizdə bu yanlış rəy məlum Qarakənd qəzasından sonra yaranıb. Ancaq o zaman “qara qutu”nu Moskvaya o adla göndərmişdilər ki, terror hadisəsində həm Rusiyanın yüksək çinli hərbiçiləri həlak olmuşdu, həm də vertalyot Rusiya DİN -nə aid olduğuna görə prokurorluğun açdığı cinayət işinə əlavə edilməliydi. Təbii ki, bununla da ordakı müəyyən dairələr həm də ermənilərin törətdiyi bu cinayətin tam açılmasına imkan verməmişdilər. Əslində, o dövrdə də respublikamızda “qara qutu”ların oxunması mümkün idi.

Hərbi ekspert bildirib ki, uçuş vaxtı üç cur yazl qeydə alınır:

“1-cisi “Qara qutu”da. 2-ci ekipajin daxili danışıqlarının səsyazmasınd. 3-cüsü göyərtənin avadanlığının göstəricilərinin yazısında - Ekipaj komandirinin yerdəki dispetçerlə danışıqlarının səs yazısı (bu səs yazısı “qara qutu”da deyil, yer xidmətində- dispetcer məntəqəsində olur)”.

T.Eyvazov deyib ki, baş verən hadisə hərb tariximizdə, ümumən ölkə tariximizdə olduqca faciəvi bir haldır.

“Xalqımız müstəqillyinin bu 30 ilində olduqca böyük faciələr yaşamış, amma sınmamış, yenidən toparlarınıb çətinlikləru dəf efə bilmişdi. Məlum olan odur ki, müəyyən xarici və daxili güclər bir xalq olaraq qazandığımız, haqq etdiyimiz qələbəmizi sinirə bilmir, hər vəclə bunun heyfini çıxmağa çalışırlar. Amma mümkün deyil. Bütün sınaqlar kimi bundan da üzuağ çıxa biləcəyik. Təəssüf ki, çox ağır sınaq oldu, bu qəza yeri dola bilməyəcək bir itkidir. 
Hər vəclə, hamılıqla çalışmalıyıq birdə belə hal, belə itki, belə ağrı yaşanmasın”.

Xatırladaq ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 hərbçimiz həlak olub, 2-si yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı