ABŞ və Qərbi Avropa Rusiyanın Şərqi Avropada güclənməsini istəmirlər Ekspert

Analitika 18:00 14.01.2022

Yanvarın  10-də İsveçrənin Genevrə şəhərində ABŞ və Rusiya, yanvarın 12-də Brüsseldə Rusiya və NATO, yanvarın 13-də isə Rusiya və Avropa rəsmiləri arasında danışıqlar baş tutub. 

Diplomatik görüşlərdə Qərb və Rusiya arasında Avropada təhlükəsizlik, eləcə də Moskvanın təklif etdiyi “təhlükəsizlik zəmanətləri” ətrafında müzakirələr aparılısa da heç bir nəticə əldə olunmayıb.  Yayılan məlumatlara görə,  danışıqlarda tərəflər arasında ciddi şəkildə fikir ayrılıqları olub və heç bir razılıq əldə olunmayıb.

Bundan sonra, ATƏT-nin fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau çıxışında bildirib ki, Avropa son 30 il ərzində ən böyük müharibə riski ilə üz-üzədir.

Məsələlərin belə ciddi hal alması narahatdoğurucudur. Çünki  Qərblə Rusiya arasında fikir ayrılıqları daha da kəskin hal alır. Bu isə Rusiyaya qarşı olan dövlətlərin NATO-ya can atmasına səbəb olub, bu da son zamanlar mütəmadi şəkildə müşahidə olunur.

Mövzu ilə bağlı EDNews.net-ə danışan Topçubaşov analitik mərkəzinin sədri və siyasi analitik Rusif Hüseynov Şərqi Avropada Rusiya və NATO arasında hərbi toqquşma ehtimalının və müharibə riskinin olduğunu təsdiq edib.  O, bildirib ki, Şərqi Avropa ölkələri Rusiyanı regionda hələ də təhlükə kimi görür.

“Regionda hərbi gərginlik var. Hətta, müharibənin başlanılması təhlükəsi də var. Hər ikisinin baş vermə ehtimalı yüksəkdir. Bəzi şərhçilər və analitiklər hazırda Ukraynada baş verən prosesləri və Ukraynanın sərhədinə yaxın ərazilərdə Rusiya qoşunlarının toplanmasını Moskvanın məqsədyönlü təxribatı hesab edir. Lakin bəziləri Rusiyanın məqsədinin ciddi olduğunu və vəziyyətin gərginləşməsində maraqlı olduğunu düşünür”.

Siyasi ekspert müharibə riskinə aparan proseslərin növbəti mərhələlərdə daha da aydın görünəcəyini bildirib.

“Regionda müharibə riskinin qalıb və ya qalmayacağı növbəti mərhələlərdə danışıqların nəticələrindən asılı olacaq. ABŞ və Avropanın Rusiyanın ultimatomu ilə razı olub və ya olmayacağı hələ dəqiq bilinmir. Bir tərəfdən ABŞ və Avropa ölkələri, əsasən Fransa və Almaniya Rusiya ilə münaqişəyə girmək istəmirlər. Çünki onların hazırki siyasi maraqlarında əsas məqsəd Çinin beynəlxalq təsirinin qarşısını almaqdır. Amma eyni zamanda nə ABŞ, nə də Qərbi Avropa ölkələri Şərqi Avropa Rusiyaya qurban vermək istəmirlər.  Bu hal baş verəcəyə təqdirdə  Qərbin nüfuzu ciddi şəkildə zədələnə bilər”.

Sonda Rusif Hüseynov Rusiyanın Şərqi Avropada hələ də təhlükəli varlıq kimi göründüyü qeyd edib.

“Şərqi Avropada NATO və Avropa İttifaqının üzvləri Rusiyanı özlərinə təhlükə kimi görür. Onlar Qərbin buradan geri çəkilməsini və boşluğu Rusiyanın doldurmasını istəmirlər. Yenə, Şərqi Avropada müharibənin başlayacağı barədə proqnoz vermək mümkün deyil. Görünən yalnız budur ki, hərbi toqquşma və müharibə ehtimalı yüksəkdir”.

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı