Generala ayrılmış milyonlar kimin cibinə gedib? Bir heykəlin izi ilə... - ARAŞDIRMA

Analitika 15:22 18.02.2022
2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində  general-adyutant  Hüseyn xan Naxçıvanskinin heykəlinin təməlqoyma mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişi əsasında bu şəhərdə bir il ərzində generalın böyük bir heykəli ucaldılmalı idi. Lakin üzərindən 6 il keçməsinə baxmayaraq hələ də Peterburqda Naxçıvanskinin heykəli gözə dəymir. Bəs heykəlin ucaldılmasını 6 ildir yubadan səbəblər nələrdir? EDNews bu sualdan yola çıxaraq H.X.Naxçıvanskinin heykəli məsələsindəki "gizlin"ləri aşkarlamaq üçün aparılan jurnalist araşdırmasını təqdim edir:
 
General Hüseyn xan Naxçıvanski Azərbaycan xalqının qürur duyduğu tarixi şəxsiyyətlərdən biridir. O,  Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olmaqla birlikdə devrilən Çar II Nikolaya sədaqəti ilə rus xalqının diqqətini cəlb etmiş böyük bir şəxsiyyətdir.  Naxçıvanski Rus-Yapon və Birinci Dünya Müharibəsi döyüşlərində iştirak edib, süvari dəstələrinə komandanlıq edib. Döyüşlərdəki xidmətlərinə görə Rusiyanın 15 və xarici dövlətlərin 9 mükafatına layiq görülüb. O I Nikolayın taxt-tacdan imtinası barədə manifesti imzalamaqdan imtina edən iki generaldan biri olub.
 
Məhz bu keyfiyyətləri onu azərbaycanlılarla birlikdə rusların da sevimlisinə çevirib. Təsadüfi deyil ki, 2008-ci ilin iyul ayında Rusiyadakı bir sıra pravoslav ictimai xadimləri prezident Dmitri Medvedyevə məktub yazaraq Moskva və ya Sankt-Peterburq küçələrindən birinə general Hüseyn xan Naxçıvanskinin adını vermələrini xahiş ediblər.
 
Bu general Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsi üçün irəli sürülən ilk ciddi təşəbbüslərdən biri oldu. Belə bir təşəbbüsün rus icmasından gəlməsi Rusiyada yaşayan milyonlarla azərbaycanlını da hərəkətə keçirdi. 
 
2013-cü ildə isə rus və azərbaycanlıların birgə səyləri ilə Peterburq şəhərinin 310 illiyi münasibətilə şəhərdə H.X.Naxçıvanskinin heykəlini ucaltmaqla bağlı növbəti təşəbbüs irəli sürülüb. Bu təşəbbüsə Sankt-Peterburq şəhərsalma və memarlıq komitəsinin nümayəndələri müsbət cavab verib və heykəlin yubiley parkında quraşdırılacağı elan edilib. Lakin sonra bir “əmma” peyda olub və heykəlin hazırlanması təxirə salınıb.
 
2015-ci ildə isə rəsmi Bakı işə qarışıb. Rusiyadakı azərbaycanlıların müraciəti əsasında  H.X.Naxçıvanskinin heykəlinin Sankt- Peterburq şəhərində ucaldılması ilə bağlı göstəriş verilib. 
 
2016-cı ildə isə rəsmi Bakı tərəfindən heykəlin Peterburq şəhərində ucaldılması üçün  külli-miqdarda vəsait ayrılıb.  Rusiya ictimayyətinin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə General adyutant Hüseyn Xan Naxçıvanskinin heykəlinin təməl daşının açılış mərasimi keçirilib. Heykəlin ucaldılması prosesinin 2017-ci ildə tamamlanacağı bildirilsə də, hadisənin üzərindən 6 il keçməsinə baxmayaraq hələ də bu səmtdə heç bir iş görülməyib. 
 
Əldə olunan məlumata görə, Prezident İlham Əliyevin göstərişi əsasında heykəlin hazırlanması və ucaldılması üçün smeta üzrə nəzərdə tutulmuş bütün xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinə göndərib. 
 
Məsələ ilə bağlı ilk olaraq, Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan Ednews-a bildirilib ki, nazirlik öz öhdəsinə düşən işləri yerinə yetirib. 
 
“Ona görə bu mövzu ilə bağlı bütün suallarınıza Azərbaycanın Rusiyadakı səfirliyindən cavab almağınız tövsiyyə olunur”.
 
Lakin Mədəniyyət nazirliyi heykəlin hazırlanması üçün dövlət tərəfindən ayrılan vəsaitin dəqiq miqdarını açıqlamaqdan imtina edib. 
 
Bununla da Mədəniyyət Nazirliyi general Naxçıvanskinin 6 ildir açılmayan heykəli ilə bağlı məsuliyyəti Polad Bülbüloğlunun, daha dəqiq desək, Rusiyadakı səfirliyimizin üzərinə atıb. 
 
Məsələni daha dərindən araşdırmaq və elə Mədəniyyət Nazirliyin də tövsiyyəsi ilə üzümüzü Azərbaycanın Rusiyadakı səfirliyinə tutduq. Qurumdan Ednews-a verilən açıqlamada bildirilib ki, Naxçıvanskinin heykəlinin açılması üçün müvafiq işlər görülüb. Heykəl hazırdır, açılışın yubanması isə texniki səbəblərlə əlaqədardır.
 
6 ildir həll edilməyən texniki səbəbləri öyrənmək üçünsə Rusiyada fəaliyyət göstərən “Patriot TV” kanalının rəhbəri, həmkarımız Ceyhun Əliyevlə əlaqə saxladıq. C.Əliyev isə öz növbəsində Sank-Peterburq şəhərinə səfər edərək səfirliyin qeyd etdiyi “texniki səbəbləri” aydınlaşdırıb. O, heykəlin arxitektoru və təşəbbüskarlarından açılışa mane olan səbəblər haqqında söhbətləşib.
 
Naxçıvanskinin heykəlinin açılması üçün formalaşmış təşəbbüs qrupunun təşkilat komitəsinin rəhbəri Əlövsət Mövsümov prosesin 6 ildir yubanmasını belə izah edib:
 
“2015-ci ildə Azərbaycan səfirliyinə etdiyimiz müraciətə müsbət cavab verildi. Heykəlin açılışı üçün işlərə başladıq. Sonra bizə ayrılan vəsaiti kəsdilər və ona görə də məsələ yarımçıq qaldı. Nə üçün yarımçıq qaldığını isə Azərbaycan səfirliyindən soruşmaq lazımdır. Smeta dəyərində qeyd olunan vəsaiti tam ayırsaydılar indi siz burada cənab generalın heykəlini görə bilərdiz”.
 
Heykəlin arxitektoru Yevgeni Çerepaxin isə hətta öz əmək haqqını tam ala bilmədiyini bildirib:
 
“Mən 2018-ci ildə heykəlin hazırlanması ilə bağlı səfirlikdən tapşırıq aldım. Layihəyə görə proses bir ilə tamamlanmalı idi. Lakin birdən-birə ayrılan vəsait kəsildi. Mən öz əmək haqqımı belə tam ala bilmədim. Düzdür, çox hissəsi ödənilib, lakin tam şəkildə məvacibimi ala bilmədim. Texniki problemlərə gəldikdə isə burada ciddi bir problem yoxdur. İki boru problemi var idi, vəsait ayrılsaydı o da həll olunardı. Ona görə deyə bilərəm ki, heykəl məsələsində texniki yox, maddi problem var”.
 
Heykəli hazırlayan heykəltaraş Mixalik Papov isə heykəlin hazır olduğunu, vəsaitin ayrılması halında günü sabah açıla biləcəyini bildirib:
 
“Biz bütün lazımı işləri görmüşük və heykəl hazırdır. Əgər günü sabah qeyd edilmiş vəsait ödənilərsə heykəl ucaldıla bilər”.
 
Qeyd edək ki, Rusiya KİV-in məlumatına görə, abidənin yaradılmasının dəyəri 15-16 mln. rubldur, ərazinin yenidən qurulmasına isə daha 7-8 mln. dollar lazım gələcək. Ehtimal oluna bilər ki, səfirliyin bu vəsaiti ödəməyə imkanı çatmır. Ona görə də Azərbaycanın Rusiyadakı səfirliyinin 2019-cu ilin sentyabrında H.X.Naxçıvanskinin heykəlinin açılışının yubadılması ilə bağlı rəsmi açıqlamasını qeyd etmək yerinə düşər:
 
“Sosial şəbəkələrdə Sankt-Peterburq şəhərində tanınmış azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin abidəsinin qoyulması işlərinə əlavə maliyyə dəstəyinin lazım gəldiyi barədə şayiələr yayılır. Səfirlik isə rəsmən bildirir ki, sözügedən layihəyə heç bir əlavə maliyyə dəstəyi lazım deyil. Belə bir önəmli ideyanın tam reallaşması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi vəsait ayrılıb. Hazırda heykəltəraşlıq kompozisiyası, eləcə də memarlıq layihəsi tamamilə başa çatıb və işin görülmüş hissəsi ödənilib”.
 
Səfirliyin bu açıqlamasının üzərindən 3 il keçsə də hələ də generalın heykəli quraşdırılmayıb. Üstəlik, yuxarıda qeyd edildiyi kimi, heykəl üçün ayrılan vəsait kəsilib. Hətta abidəni ərsəyə gətirən heykəltəraşa əmək haqqı belə tam ödənilməyib. Elə isə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə Rusiyanın Sank-Peterburq şəhərində azərbaycanlı general H.X.Naxçıvanskinin heykəlinin açılması məqsədilə ayrılan vəsaitin taleyi necə olub? General üçün rəsmi Bakının ayırdığı milyonlar nəyə xərclənib? 
 
Bilmirik, bu suallara isə cavab tapmaq bizim yox, Azərbaycanın prokurorluq orqanlarının işidir. Faktlar isə onu göstərir ki, Prezident İlham Əliyevin etimad göstərdiyi insanlar onun sərəncamına sayqısızlıq ediərək icrasından boyun qaçırırlar. Dövlət büdcəsindən ayrılan vəsait isə öz ünvanına çatmayıb.
 
6 il əvvəl təməli atılan, 5 il əvvəl açılışı planlaşdırılan H.X.Naxçıvanskinin heykəlinin yerində isə indi sadəcə qarlar altında qalan bir təməl daşı var...
 
Bu araşdırma EDNews və “Patriot TV”nin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
 
Nicat İsmayılov, Ceyhun Əliyev
Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İki Od Arasında: İran-İsrail Münaqişəsi və Azərbaycanın Strateji Seçimləri
23:07 16.06.2025
İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
İsrail Livanı bombaladı
21:13 16.06.2025
BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
21:02 16.06.2025
"ABŞ Rusiya ilə görüşünü ləğv edib"
19:33 16.06.2025
Tramp G7-nin bəyanatını imzalamaqdan imtina edib
19:16 16.06.2025
İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi
18:23 16.06.2025
Qərbin İkili Standartları: Azərbaycan Kontekstində İkiüzlü Ədalət
16:24 16.06.2025
Pakistan İranla sərhədi bağladı
16:08 16.06.2025
“Şuşa Bəyannaməsi ölkələrimizin sərhədlərini aşıb”
15:48 16.06.2025
"İsrail Tehranın hava məkanına tam nəzarət edir"
15:39 16.06.2025
"Azərbaycanlı zəvvarlar vətənə qayıdır"
15:35 16.06.2025
Türkiyə-Azərbaycan Dostluğu və Bakı qeydləri Mevlüt Yeni yazır...
15:07 16.06.2025
Si Cinpin Qazaxıstana getdi
14:55 16.06.2025
Qara Zövqün Qaranlıq Tərəfi: Çayın İnsan Orqanizminə Zərərləri
14:46 16.06.2025
Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
13:56 16.06.2025
"Türkiyə "nüvə danışıqlarında" vasitəçi olmağa hazırdır"
13:36 16.06.2025
İsrail itkilərini açıqladı
13:32 16.06.2025
Şəhərlərin Estetik Kimliyi Necə Dəyişir?
13:01 16.06.2025
"Fərqliliklərimizi kənara qoyub düşmənin qarşısında  yumruq kimi dayanmalıyıq"
12:58 16.06.2025
İsrail-İran müharibəsi, qeyb olan "qırmızı cizgi"lər və Zəngəzur dəhlizi
12:21 16.06.2025
"Real" "Liverpul"-un daha bir ulduzuna "göz dikib
11:44 16.06.2025
İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub
10:07 16.06.2025
Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
09:50 16.06.2025
Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır
08:59 16.06.2025
"İsrail casusu" dar ağacından asıldı
07:53 16.06.2025
Aspirinin güclü və təhlükəsiz alternativi tapıldı
02:56 16.06.2025
Peruda zəlzələ güclü zəlzələ baş verib
01:20 16.06.2025
Reydə İsrailin dron sexi aşkarlanıb
00:55 16.06.2025
Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
00:38 16.06.2025
"Huawei"-dən "ChatGPT"-yə: Texnologiya Müharibəsində Soyuq Savaşın Yeni Üzü
20:35 15.06.2025
Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması
20:14 15.06.2025
Ərdoğan Azərbaycanı təbrik edib
19:29 15.06.2025
Qazaxın kəndlərinə dolu yağıb
18:03 15.06.2025
İran İraqı hava məkanına nəzarəti gücləndirməyə çağırıb
16:14 15.06.2025
Zəngəzur dəhlizi və regionda yeni biznes dinamikası: Risklər və fürsətlər
15:34 15.06.2025
Azərbaycan Enerji Qovşağında: Strateji Mövqeyin Geosiyasi Çəkisi
13:13 15.06.2025
Bilik Alveri: Repetitorluq Təhsil Bazarını Necə Şəkilləndirir?
12:03 15.06.2025
Vyetnamdakı daşqınlar doqquz nəfərin həyatına son qoyub
11:48 15.06.2025
"İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır"
10:49 15.06.2025
Hamısı