Şoyqunun Tehran və Bakı səfərlərinin PƏRDƏARXASI - ANALİTİKA

Analitika 16:30 07.08.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Bu səfər TŞ katibinin Tehrana səfəri çərçivəsində baş tutub. Onun ilk öncə HƏMAS lideri Haniyənin ölümü üzərinə, mövcud İsrail – İran gərginliyi ərəfəsində Tehrana, daha sonra Bakıya səfəri sözsüz ki, dərhal bir çox media qurumlarının diqqət mərkəzinə düşməsinə səbəb olub. Hərçənd İrana səfər rəsmi kontekstdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizliyin müzakirəsi şəklində diqqət mərkəzində olsa da, səfərin baş tutması vaxtı daha dərin strateji mülahizələrdən xəbər verir. 

Gərginlik Fonunda Tehran səfəri, səbəb nə idi?

Screenshot_13.png

İlk olaraq Şoyqunun səfərinin mümkün motivlərindən biri Rusiyanın Yaxın Şərqdə əsas oyunçu kimi rolunu möhkəmləndirmək istəyidir. Bu da Moskva üçün ideal fürsət – İranla birbaşa əlaqə qurmaqla Rusiya Tehran və Təl-Əviv arasında gərginləşən münaqişədə özünü vasitəçi kimi göstərmək imkanı verir. Bu rol təkcə Rusiyanın bölgədəki təsirini gücləndirmir, həm də Moskvaya öz maraqlarını, xüsusən də həm Rusiya, həm də İran qüvvələrinin iştirak etdiyi Suriyada maraqlarını qorumağa imkan verir. Burada Rusiyanın 7 oktyabr Qəzza münaqişəsində diplomatik cəhətdən kənarda qaldığını xatırlatmaq yerinə düşər. İndi isə sözsüz məkanın regional güclərindən olan Rusiya, onun strateji planlarını poza biləcək hər hansı ehtimala qarşı ayıq-sayıqlığı qorumağa çalışır. Yaxın Şərq daha böyük münaqişənin astanasında olduğu bir vaxtda regional güclərin niyyətlərini və imkanlarını müəyyənləşdirmək hərçənd burada olduqca vacibdir.

Şoyqunun Bakıya sürpriz səfəri:

1722927071_f27c8f77a5d473e511d94fa3f577356e_4195353.jpg

İndi isə Şoyqunun Azərbaycana sürpriz səfərindən danışaq. Səfər qısamüddətli xarakter daşısa da daha geniş geosiyasi kontekstdə bunu şərh etmək lazımdır. Burada bir sıra fərqli, lakin bir o qədər də əlaqəli mülahizələr qeyd etmək olar.

Bunlardan ilki və ən barizi Kreml – in artan münaqişə fonunda Azərbaycanla münasibətlərini daha da gücləndirmək kimi şərh etməkdir. Burada nəzərə almaq lazımdır ki, Azərbaycan öz regionundan savayı Yaxın Şərq regionunda da oluduqca mühüm rol oynayır. Çünki Bakının da eyni zamanda adı çəkilən münaqişədə vasitəçi rolunu oynamaq imkanı var. Ən azından İran – İsrail münasibətlərinin gərgin olduğunu nəzərə alsaq. 

Digər aspekt isə daha çox regionumuzla əlaqəlidir. Bu da Rusiyanın, Azərbaycan – Ermənistan arasında davam edən normallaşma prosesində vasitəçilik imkanlarıdır. Şoyqu da bu məsələyə görüş zamanı toxunmuşdu. Onun münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirməsi və görüşdə “3+3” formatında əməkdaşlığın perspektivlərinə toxunması buna nümunədir. Son olaraq isə bunu Rusiyanın Qərbə, xüsusən də ABŞ – a xatırlatma fəndi kimi də şərh etmək olar. Vaşinqton və müttəfiqləri İranı nüvə istəklərinin ram edilməsi üçün diplomatik səylərini artırdıqca, Ermənistanda hərbi təlimlər keçirməsi, onu silahlar ilə təmin etməsi üzərinə, Rusiya da Azərbaycanla görüş keçirərək, Kreml – in  regionda hadisələrin gedişinə təsir edə bilən əsas oyunçu olduğunu ona xatırladır. Yeri gəlmişkən Şoyqunun Tehran və Bakı görüşlərinin keçirldiyi günün əhəmiyyəti, bu yaxınlarda Flightradar qlobal uçuş izləmə xidmətinin məlumatında, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxdığı xəbərinin ortaya çıxması ilə də önəm kəsb edir. Qeyd edək ki, olay həm də Rusiya sərhədçilərinin 1 avqustda Zvartnots hava limanını tərk etməsindən dərhal sonra baş verib.

Bütün bu qarışıq diplomatik kontekstdə bütün regional və supergüc dövlətlər hadisələri sözsüz, öz sırasında diqqətlə izləyir. Çox yaxın günlərdə isə müşahidə edəcəyimiz, bu qlobal aktorların regiondakı vəziyyəti daha da pisə və ya yaxşıya aparacağını görmək olacaq.

Əkbər Novruz

sekil.jpg

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı