20 Yanvar: cəzasız qalan cinayət

Analitika 14:20 20.01.2025

Sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğılardan 35 il ötür. Bu gün tarixdə "Qara Yanvar", "Qanlı Yanvar", "20 Yanvar faciəsi" olaraq adlansa da, qürur, iftixar və şərəflə yad edilir. Bu gün kommunist müstəmləkəsinə, zülmünə qarşı Azərbaycanın apardığı mübarizənin rəmzi, simvolu, simgəsidir. Həmin illərin Moskvası bütün hikkəsini müttəfiq respublikanın əhalisinə göstərdi, acığını, qisasını ondan almağa çalışdı.

Yanvarın 20-nə keçən gecə Bakı küçələrində "at oynadan" saqqallı xüsusi təyinatlı sovet hərbçiləri fərqinə varmadan hər kəsə atəş açdılar. Onlara verilən tapşırıq Azərbaycan cəmiyyətini qorxutmaq, insanların azadlıq uğrunda mübarizəsini sındırmaq idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi “iğtişaşların” qarşısını almaq üçün Bakıya daxil olublar.

Sovet ordusunun Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması və acıdığı atəş nəticəsində 131 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, 400 nəfər həbs edilmişdir. Hərbçilərin yandırıcı güllələrdən törətdikləri yanğınlar nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilib. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım xidmətinin əməkdaşları və polis əməkdaşları da var.

Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində Azərbaycana aid “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi zədələnmişdi.

Sovet hərbçiləri yanvarın 25-də Neftçalada və 26-da isə Lənkəranda səkkiz nəfəri şəhid etmişdi.

67–50 АГП, 67–51 АГП, 39–97 АГС dövlət qeydiyyat nişanlı təcili yardım maşınları tanklarla atəşə tutulmuşdu. Həkim A.M.Marxevka öldürülmüşdü. Süngü-bıçaqla qətl hadisələri də olub. Belə qurbanlardan biri kor və milliyətcə rus B.V.Yefimiçevdir.

1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi. Baş vermiş hadisələrə siyasi qiymət verildi. Ali Sovetin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar.

 O vaxt Moskvada yaşayan Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etdi. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoydu.

O, Moskvada bütün gərginliklərə, təzyiqlərə baxmayaraq, hadisələrə  ətraflı qiymət vermişdi. Bunu Azərbaycanda milli-azadlıq mübarizəsinə  dəstək də saymaq olardı. Həmin dövrdə Azərbaycanın güvəndiyi  dövlət və ya beynəlxalq səviyyəli  qurum  yox idi.

Yeri gəlmişkən, mərhum Prezident Heydər Əliyev 1998-ci il martın 31-də 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdi.

Həmin illərdə Baltikyanı ölkələrdəki hərəkatları Avropa İttifaqı, ABŞ dəstəkləsə də, Azərbaycan yalnız öz gücü sayəsində həm Qarabağda erməni separatçılarına və havadarlarına qarşı mübarizə aparır, həm də milli-azadlıq hərəkatını xaricdən və daxildən atılan çamırlardan qoruyur, müstəqillik uğrunda mübarizəsini davam etdirirdi.

Sovetin siyasi və hərbi rəhbərliyi əsl məqsədi gizlətmək üçün birmənalı şəkildə erməniləri müdafiə etdiklərini bildirirdi. Ancaq əsas hədəf Azərbaycan milli azadlığı, mübarizəni yatırtmaq, Qarabağda ermənilərə yardım edən sovet hərbçilərinin işğalı genişləndirməsinə nail olmaq idi.

Bu hadisənin başlıca günahkarı SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçov, baş nazir Nikolay Rıjkov, müdafiə naziri Dmitri Yazov, dövlət təhlükəsizlik komitəsinin sədri Vladimir Kryuçkov, daxili işlər naziri Vadim Bakatin, Yevgeni Primakov, Viktor Lebed və başqalarıdır.

Azərbaycan xalqı beynəlxalq miqyasda daha bir ədalətsizliklə üzləşdi. Yanvar hadisələrinin qatili, cani Mixail Qorbaçov 1990-cı ilin oktyabrın 15-də “Bugünkü beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Sülh Mükafatına layiq görülmüşdü. Bu, həm də beynəlxalq ictimaiyyətin respublikada baş verənlərə, yanvar hadisələrinə münasibətinin göstəricisi idi. Belə yanaşma sonrakı illərdə Azərbaycan torpaqlarının işğal olunmasına beynəlxalq vasitəçilərin laqeyd münasibətində də özünü göstərdi.

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiya təmsilçilərindən ibarət həmsədrləri də fəaliyyətləri müddətində belə yanaşmaları ilə Qarabağın işğalda qalmasına xidmət etmişlər.

35 ildir bu cinayəti törədənlər cəzalanmayıb. Onların rəhbərləri ölsə də, qanlı hadisələri törədənlərdən sağ qalanlar hələ var.

Faşist hərbçilər, əsgərlər, onlara qulluq etmiş şəxslər illər sonra aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunurdular. 2023-cü ilin aprelində 102 yaşlı faşist məhkum Yozef Şütz öldü. Ona hökm bir il öncə oxunmuşdu. Yozef Şütz həbs düşərgələrində kütləvi qətllərdə iştirak edib.

Bu, həm də sonrakı nəsil üçün bir tərbiyə üsuludur. Yaşından, sosial mövqeyindən asılı olmayaraq insanlığa qarşı cinayət törədənlər cəzalanır. Təəssüf ki, SSRİ mövcudluğu dövründə törətdiyi cinayətlərə görə heç vaxt cəzalanmadı. Sovetlərin Almaniya, Macarıstan, Çexoslovakiya, Polşa, Əfqanıstan, Vyetnam, Gürcüstan, Azərbaycanda törətdiyi vəhşiliklərlə bağlı Moskva üzr belə istəmədi.

SSRİ-nin varisi Rusiyadır. Ondan qalan bütün mülkiyyəti mənimsəyib, sahib çıxıb. Kreml sələfinin bu kimi əməllərinə görə üzr istəməyib.

Məsələn, ABŞ Şimali Amerikanın yerli sakinləri olan hindulardan üzr istəyib. Yaxud 1819-cu ildən 1969-cu ilə qədər Ştatlarda dövlət tərəfindən idarə olunan 400-dən çox internat məktəbi olub. Həmin illərdə hindu uşaqlarına qarşı tətbiq edilən zorakılıqlara görə də Ağ ev üzr istəyib. Ancaq Moskva çar Rusiyasının, sovetlərin törətdiyi cinayətlərə görə heç vaxt üzr istəməyib.

20 Yanvar müstəmləkə rejiminin iki yüz il ərzində Azərbaycanda həyata keçirdiyi faciəvi əməllərə daha bir örnəkdir.

 
1804-cü il yanvarın 3-də çar Rusiyası əsgərləri Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirib. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. General Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etmişdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 1804-cü il yanvarın 3-də sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.

Yanvar həm də Azərbaycanın müstəmləkəyə qarşı mübarizəsi ayıdır. Bu ay Azərbaycanın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə şəhid olmuş insanların anım günüdür. SSRİ, Rusiya həmişə ermənilərdən Azərbaycana təzyiq göstərmək üçün alət olaraq istifadə edib. Yüzillik problem də məhz bu gün həllini tapıb.

20 Yanvar şəhidləri həm də milli birlik günüdür. Bu güc özünü müstəqillik uğurunda mübarizədə, torpaqların işğaldan azad olunmasında da göstərib. Şəhidlər nəsillər üçün əbədi örnəkdir. Onlar azadlığın, müstəqilliyin, ərazi bütövlüyünün, mübarizənin simgəsidir.

Mənbə: REPORT.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı