Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojjya AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
Xatırladaq ki, martın 4-nə keçən gecə Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.