Bir sıra ölkələr Ukraynadakı müharibə səbəbli risk altında olan Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyini təmin etməyə çağırıb.
Ednews "Hürriyət"-ə istinadən xəbər verir ki, Gözlənilən addım Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-dan gəlib.
Bazar günü telefonla danışan ölkə liderləri Ukraynaya dəstəyi davam etdirəcəklərini bəyan edib. Onlar həmçinin Zaporojyadakı AES-in ciddi təhlükə yaratdığını bəyan ediblər.
Qeyd edək ki, hər iki tərəf Rusiyanın nəzarətində olan Zaporojye AES ətrafında davam edən münaqişələrdə riskə görə bir-birini günahlandırır. Rusiya Ukraynanı zavodu hədəfə almaqda ittiham edir, Ukrayna isə Rusiyanın zavoddan hərbi baza kimi istifadə etdiyini bildirir.
Nəzrin Beydiyeva