Türkiyəli politoloq: “Bu Azərbaycanın qalan ərazisini işğaldan azad etmək üçün tədbirlərə başlamasına səbəb oldu” - ŞƏRH

“Azərbaycan işğal olunmuş torpaqlarının azad edilməsini davam etdirmək üçün Qarabağda məskunlaşan erməni separatçılarına qarşı hərbi hərəkata başlayıb. Bu, Azərbaycan-Ermənistan müharibəsi deyil, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tədbirləridir”. 

Bu sözləri Ednews-a türkiyəli politoloq Hasan Oktay bildirib. O, fikrini davam etdirərək bildirib ki, 10 noyabr bəyannaməsinin imzalanmasından 3 ilə yaxın zaman keçib.

“Rusiyanın bu gərgin gözləmə dövründə Qarabağın beynəlxalq problemə çevrilməsinə yol açmaq cəhdləri qaçılmazdır. Bu da Azərbaycanın qalan ərazisini işğaldan azad etmək üçün əməliyyata başlamasına səbəb oldu. Bu müharibə Azərbaycanın Ermənistana qarşı müharibəsi deyil, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tədbirləridir. Əslində Ermənistanın baş naziri Nikol Paşinyan ötən aylarda verdiyi bəyanatla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi kimi qəbul edilməsinə yol açdığını bəyan etmişd”.

Oğuz