“Əl-Qəssam” briqadası Qəzza sektorunda döyüş meydanında vəziyyətə nəzarət edir.
Ednews xəbər verir ki, bu barədə HƏMAS-n nümayəndəsi Usama Hamdan Livanda jurnalistlərə açıqlamasında deyib.
“Biz xalqımızı və bütün azad insanları əmin edirik ki, müqavimət və “Əl-Qəssam” briqadası qaydasındadır və döyüş meydanında vəziyyətə nəzarət edir. İşğalçılara deyirik: Döyüş hələ indi başlayır, getdikcə daha çox olacaq”, - deyə U.Hamdan bildirib.