Hamlet İsaxanlının kitab təqdimatı oldu REPORTAJ

Hamlet İsaxanlının kitab təqdimatı oldu <span class="text-danger">REPORTAJ</span>

Martın 2-də Bakı Kitab Mərkəzində Hamlet İsaxanlının "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının təqdimat mərasimi keçirilib.

Ednews tədbirdən qısa reportaj yazısını təqdim edir:

Yolum Bakı Kitab Mərkəzinədir. Səbəbkar isə fizika-riyaziyyat elmləri doktoru, professor, Xəzər Universitetinin və Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlının "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının təqdimatıdır. 

Kitab Mərkəzində tanınmış simalar gözümə dəyir. Yazıçılar, Xalq artistləri, millət vəkilləri, incəsənət nümayəndələri. Oxucular, media nümayəndələri də tədbirin başlanmasını gözləyirlər. Elə bu dəm Xalq yazıçısı Anarın əlində Hamlet müəllimin təzə kitabını vərəqlədiyini görürəm. 

Xalq yazıçısı kitabın əhəmiyyətindən söz açır. Eyni zamanda Qarabağa bağlı bir çox kitablar dərc olunduğunu da dedi:

“Kitabda Qarabağla bağlı müxtəlif baxışlar var. O cümlədən, Qarabağdan çıxan maarifçilər haqqında məlumatlar və şəkilləri də görmək olar. Elə ancaq Qori seminariyası məzunlarını götürsək, bir kitabın özüdür. Həmin maarifçilərin yolunu davam etdirənlərdən biri Hamlet İsaxanlıdır. Xəzər Universitetin yaranması dediklərimin təsdiqidir. Həmçinin, Hamlet İsaxanlı çox gözəl şair və tərcüməçidir”.

Xalq yazıçısı öz təbriklərini bildirib. Sonda isə Azərbaycan Yazıçılar Birliyi adından Fəxri diplomu Hamlet İsaxanlıya təqdim etdi. 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabda olan maraqlı nüansları diqqətə çatdırıb.

O, vurğulayıb ki, kitaba akademik tərəfdən baxıldıqda yeni araşdırma materiallarının olduğu görə bilərik:

“"Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabında yeni araşdırma materialları mövcuddur: Qarabağ bizim ən şərəfli, məsuliyyətli mövzumuzdur. Azərbaycanlı olmayan müəlliflərin əsərlərində həm də ümumiyyətlə Qarabağın tarixinə aid olan mənbələrdən gətirdiyiniz sitatlar, faktlar ilk dəfə Azərbaycan Qarabağnaməsinin dövriyyəsinə daxil olur. Bu mövzudan yazan bir çox müəlliflərin bir çoxu birtərəfli mövqedən çıxış edir. Siz isə tərəfsiz çıxış edirsiniz. Hesab edirəm ki, bu kitab təkcə elmi-puplistikik əsər deyil, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında sənədəli bədii nəsrin mükəmməl nümunəsidir. Kitabda təkcə Qarabağ haqqında yox, ümumi Azərbaycan haqqında da geniş məlumatlar var. Azərbaycanın çoxlu problemlərini bu kitabda asanlıqla görmək olar. Bu kitab bütün məntiqi, ruhu, imkanları və iddiaları ilə müstəqil Azərbaycan haqqında Hamlet İsaxanlının manifestidir”,-deyə akademik qeyd edib.

İsa Həbibbəyli akademiya və öz adından şairi təbrik edib. Daha sonra isə akademiyanın Fəxri fərmanı ilə təltif edib.

Mətbuat şurasının sədri Rəşad Məcid kitabdakı materialların zaman-zaman "525-ci" qəzetdə hissə -hissə çap olunduğunu diqqətə çatdırıb.

“Hamlet İsaxanlı bu kitabda Azərbaycan və Erməni yazıçılardan sitatlar gətirib. Bu da onu göstərir ki, azərbaycanlı yazıçılar erməni xalqının əleyhinə heç nə yazmayıblar. Əsərin son hissələrində birgə yaşayış arzuları ifadə olunur. Biz iki il qabaq hiss edirdik ki, bunun hələ vaxtı yetişməyib. İndi isə fərqli düşünürük”. 

Kitabda Qarabağa dərin sevginin olduğunu bildirən Rəşad Məcid təəssüflə qeyd edib ki, Hamlet İsaxanlı hələ də Şuşaya səfər etməyib.

Millət vəkili Tural Gəncəliyev kitabla bağlı fikirlərini bölüşüb.

O qeyd edib  ki, Qarabağa aid yazılan hər bir kitab qürurludur. Ölkənin, xalqın gücünü göstərir.

“Ümid edirəm ki, bu kimi təqdimatlar Şuşa, Xocalı, Xankəndi və  Ağdərədə olar. Qarabağın digər gözəl yerlərində keçirərik”.

Jurnalist, yazıçı Azər Qismət (Məmmədov) kitabın dəyərindən danışıb. 

O, bu kitabı oxuyanda elə bil ki, kinoya baxdığını bildirib.

“Kitabda incəliklər çoxdur. Maraqlı faktlar da var. Məsələn, qeyd etmisiniz ki,  Ermənistanı dağlarında dincəlirdim. Eyni zamanda Azərbaycan toponimlərinin adınıda çəkmisiniz. Həmin yerlər Zəngəzur və Göyçədir. Kitab neytral yazılıb”.

Gecəyə xanəndələr Alim Qasımov, Fərqanə Qasımova, Nəzakət Teymurovanın ifası xüsusi rəng qatıb.

Aysel Şahmar

Xəbər xətti

Pensiyalar nə vaxt veriləcək?
07:36
Misirdə qatar relsdən çıxdı: 16 nəfər...
07:21
Mir Şahin: "Peşəkarlıq vətənpərvərlikdən də artıq məsələdir"
07:16
Dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu gün imtahan verəcəklər
07:05
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər
06:54
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
06:45
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
06:29
İranın bir sıra şəhərlərində partlayışlar olub
06:25
Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var
06:22
ABŞ İrana qarşı növbəti hücum dalğasına başlayıb
06:18
Angela Merkelin kanslerlər qalereyası üçün çəkilən portretində diqqətçəkən məqam
05:57
Fitso: "Biz müharibəyə qarşıyıq”
05:45
KİV: Aİ Çindən asılılığı azaltmaq üçün "alət" hazırlayır
05:41
Argentina fasiləyə üstün yollandı - Yenilənir
05:33
Soğan sevənlərə xoş xəbər: Genləriniz...
05:21
Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda atışmada öldürülüb
05:12
150 milyon il əvvələ aid yeni dinozavr növü tapıldı
03:00
Şəfa xəzinəsi çıxdı: Antioksidant dəyəri baldan 50 dəfə yüksəkdir
02:00
Astronomiya həvəskarlarını qeyri-adi səma hadisəsi gözləyir - Saatda 25 meteor görünə bilər
01:49
Adınıza xəbəriniz olmadan kredit götürülüb? - BU ZAMAN EDİLMƏLİ OLAN ADDIMLAR
01:29
Valideynlərin DİQQƏTİNƏ! - Uşaq anasını vurursa, bunu "gözardı" etməyin...
00:51
Kirkorovdan Alla Puqaçova ilə bağlı gözlənilməz etiraf: “Gecələr onu görürəm”
00:31
Tovuz döyüşlərindən 6 il ötür
00:00
12.07.2026
Oman və İran Hörmüz boğazında danışıqları davam etdirəcək
23:37
Tovuzda fərdi yaşayış evi yanıb - XƏSARƏT ALANLAR VAR
23:27
Zaqatalada zəncirvari qəza - XƏSARƏT ALANLAR VAR
22:53
24 yaşlı gənc suda boğularaq ölüb
22:33
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
22:13
DÇ-2026-da Haland çılğınlığı: Peruda 500-dən çox körpəyə onun adı verildi
21:40
Tramp son tibbi müayinəsinin nəticəsini açıqladı
21:25
İsrail “Hizbullah” obyektlərinə zərbələr endirdi
21:23
“Şamaxı” yeni qapıçı transfer etdi
21:16
Pensiyalarla bağlı MÜHÜM XƏBƏR
21:08
Prezidentin sosial şəbəkə hesablarında Xocavənddə sakinlərlə görüşdən paylaşım olunub - VİDEO
20:52
Ucarda 16 yaşlı gəncin suda boğulmasının TƏFƏRRÜATLARI
20:40
Dünya çempionatında son iki yarımfinalçı müəyyənləşir
20:30
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:24
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
20:18
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:16
Prezident: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:13
Tayvanda 180 min ev işıqsız qalıb
20:09
İngiltərə–Norveç matçının biletləri rekord qiymətə satışa çıxarıldı
19:57
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNDİ
19:55
Rusiyanın Sumıya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı - YENİLƏNDİ
19:38
Türk alimləri tərlə işləyən batareya yaratdılar
19:30
Leysan və qasırğa Moskvada fəsadlar törətdi - VİDEO
19:29
Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmağı nəzərdən keçirir
19:20
Fransada qırmızı xəbərdarlıq: Temperatur 41 dərəcəyə çatacaq
19:08
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:07
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNDİ
18:50
“Real” və Vinisius müqaviləni uzadır?
18:40
Bulvarda batan kişi belə xilas edildi - VİDEO
18:36
Elbrusda daha bir alpinist öldü
18:27
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
18:14
Rubio Venesuela üzərində təsir rıçaqlarını öz əlində cəmləşdirib - NYT
18:11
Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib - FOTOLAR
18:05
DÇ-2026 iştirakçısı 25 yaşında vəfat etdi
18:00
Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
17:45
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ VERİLDİ
17:29
Kürdəmirdəki neft irsi dövlət tərəfindən qoruna bilər
17:11
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR