Stiven Kinq bütün zamanların ən yaxşı serialını AÇIQLADI

“Duman”, “O” və “Heyvan qəbiristanlığı” kimi kitabların müəllifi, məşhur yazıçı Stiven Kinq sosial media hesabında sevimli serialını açıqlayıb.

Ednews xəbər verir ki,. 75 yaşlı Kinq 7 milyonluq izlənilən tvitter səhifəsində "THE WIRE” serialını bütün zamanların ən yaxşı serial olduğunu qeyd edib. 

Sosial media hesabında pərəstişkarlarına filmlər, seriallar və kitablarla bağlı tövsiyələr verən Kinq, son bölümün yayımlanmasından 15 il keçən serialın indiyə qədər çəkilmiş ən yaxşı serial olduğunu bildirib.

Xatırladaq ki, 2002-2008-ci illər arasında yayımlanan serialda baş rolları Dominik Uest, Con Doman, Deirdre Lovejoy və Vendell Pirs canlandırıb.

Oğuz