Niyaməddin Musayev: “Dünya yazıçılarından heç kimi tanımıram”

“Ədəbiyyatla maraqlanıram. Vaxtım olduqca kitablar oxuyuram. Daha çox şeir kitabları mütaliə edirəm. Poeziyanın musiqi ilə yaxınlığı olduğundan şeirlərə dəyər verirəm”.

Bu sözləri Ednews-a Xalq artisti Niyaməddin Musayev ədəbiyyat və kitablarla bağlı danışarkən bildirib:

“Azərbaycan ədəbiyyatında sevdiyim bir çox şair var. Bunlardan Səməd Vurğun, Məmməd Araz, Rəsul Rza, Yusif Nəğməkar. Bu şairlərin çox gözəl şeirləri var. Harda gözəl şeir varsa ora müraciət edirəm. Müasir şairləri tanımıram. Əsas şeiriyyata qiymət verirəm. Hansı şeir xoşuma gəlsə onu mahnıya çevirirəm. Gənclərdən müraciət edənlər olur, amma şeirləri zəif olduğundan xoşuma gəlmir. Mənim istədiyim səpkidə olmur. Hər şeir mahnıya getmir”. 

N. Musayev sonda qeyd etdi ki, dünya ədəbiyyatından o qədər xəbərdar deyil. 

“Dünya yazıçılarından heç kimi tanımıram”. 

Oğuz