Rusiyalı rejissor xanım Lyudmila Tsvetkova vəfat edib.
Ednews TASS xəbər agentliyinə istinadən xəbər verir ki, mərhum rejissor 79 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Lyudmila Tsvetkova 1967-ci ildə Teatr Məktəbini bitirib. Aktrisa kimi o, bir neçə filmdə rol alıb. 1996-cı ildən rejissor kimi filmlər çəkməyə başlayıb. “Əsl hədiyyə”, “Meşə zəngi”, “Gözəllik burada yaşayır”, “Dövrün şahidləri” kimi müharibə və əmək qəhrəmanlarına həsr olunmuş silsilə filmlər çəkib.
Oğuz