Nadir Qafarzadə: “Kitab oxumaq üçün yaşım o deyil”

“Gənclik vaxtımda kitablar oxuyur, ədəbiyyatla maraqlanırdım. İndi isə buna vaxtım yoxdur. Həm həvəsim yoxdur, həm də yaşım o deyil”. 

Bu sözləri Ednews-a müğənni Nadir Qafarzadə ədəbiyyat, kitablar haqqında fikir bildirərkən deyib. Onun sözlərinə görə, zamanında rus yazıçısı Dostoyevskinin bəzi əsərlərini oxuyub. 

“Rusiyalı yazıçı Sergey Botrodinin “Səmərqənd ulduzları” trilogiyası,  Vadim Kojevnikovun "Qılınc və qalxan" əsəri, məhəbbət dastanları, Koroğlunun boylarını oxumuşam. Hətta bəzi adını unutduğum əsərlər də var. İndi onları xatırlaya bilmirəm. Beynim yerləşdiyi qədər mütaliəm olub”. 

N. Qafarzadə son zamanlar Xalq şairi Ramiz Rövşənin şeirlərindən xoşu gəldiyini deyib:

“Gənc yazarları çox da tanımıram. Sosial şəbəkə üzərindən Kəramət (Kəramət Böyükçöl red.O.A ) adında bir yazarı tanıyıram. Onun son kitabı “Elçibəyin sirri” əsərini əldə eləmək istəyirdim, amma müəllifin əlaqə nömrəsini tapa bilmədim. Kitab sərgilərinə də gedə bilmirəm. Yalandan deyə bilmərəm. Mən düz danışan insanam. Yenə də deyirəm, vaxtım məhddudur”. 

Müğənni sonda qeyd etdi ki, bir çox şairlərin sözlərinə istər klassik, istərsə də müasir olsun, şeirlərinə bəstələr oxuyub. 

“Yeni şairlər bilmirəm, ya özlərini tanıda bilmir, ya da tanınırlar, biz onları tanımırıq. Mən Sovet dövrünün adamıyam, radio, TV-ilə şairləri tanıyırdıq. İlyas Əfəndiyevin əsərləri əsasında tamaşalara baxmışam. Əvvəllər teatra da gedirdim. Gənc Tamaşaçılar teatrı, Musiqili Komediya teatrı, Opera baletə də getmişəm. Ukraynanın Lvov şəhərində Çaykovskinin “Sonalar gölü” baletini izləmişəm. İndi sadəcə vaxt yoxdu. Son zamanlar gərginlik var, işlərim, problemlərim çoxdu”. 

Oğuz