Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə heyətinin sədri Şahin Seyidzadə ilə görüşüblər.
Ednews xəbər verir ki, qonaqlar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. Orada olan tarixi abidələrlə tanış olublar. Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun baş arxitektoru Nigar Muradova müşaidə edib. Bələdçilər İdarəsinin Rəisi İlhamə Kazımova qonaqlara qoruq haqqında məlumat verib. Görüşdə BAMF-ın prezidenti Umud Mirzəyev, BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Mirzəyeva, jurnalist Fuad Abbasov iştirak ediblər.
"Əl-Cəzirə Sənədli filmlər” departamentinin nümayəndələri İçəri Şəhərdən valeh olduqlarını bildiriblər.
Qeyd edək ki, “Əl Cəzirə” rəsmilərinin səfər proqramı, Azərbaycanda keçirəcəkləri rəsmi görüşlər, region səfərləri və müxtəlif istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Aysel