Akif Musayevin anım günü 75

Mədəniyyət 09:10 11.07.2023

Bu gün görkəmli iqtisadçı alim, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fonudunun Müşahidə Şurasının sədri, professor Akif Fərhad oğlu Musayevin anım günüdür. 

Ednews mərhum alim A.Musayevin keçdiyi həyat yolundan yazını təqdim edir:

Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun İqtisadi-riyazi modellər laboratoriyasında başlayıb. 1976-1980-ci illərdə Kibernetika İnstitutunda baş elmi işçi, 1980-1991-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, dosent, 1991-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli Fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə kimi fəaliyyət göstərmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi ölkədə özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak edib.

A.Musayevin rəhbərliyi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2001-ci ildən Fiskal siyasətin iqtisadi riyazi modelləşdirilməsi laboratoriyası fəaliyyət göstərir.

O, 1999-cu ildə Vergilər Nazirliyi Tədris Mərkəzinin, eyni zamanda 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin rəisi, 2000-2007-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergi qoyma kafedrasının rəhbəri, 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının müəllifidir. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. A.Musayevin rəhbərliyi ilə 5 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır.

O, “İpək yolu” jurnalının baş redaktoru, ondan artıq yerli və xarici ölkələrin elmi jurnallarının redaksiya heyətinin və qurumlarının üzvüdür.

A.Musayevin tədqiqat istiqamətləri nəqliyyat proseslərinin modelləşdirilməsi, neft maşınqayırma və neft sənayesinin qarşılıqlı fəaliyyətinin modelləşdirilməsi və fiskal siyasətin modelləşdirilməsi sahələrini əhatə edir.

İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb. O, həmçinin Gürcüstan Respublikasının “Qafqaz Universitetinin Fəxri doktoru” olub.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı