İsveç Krallığının ölkəmizdəki səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində Bakıda İsveç film günləri başlayır.
Ednews xəbər verir ki, filmlərin nümayişi noyabrın 7, 4, 21 və 28-də “Azərbaycan” CinemaPlus-da təşkil olunacaq.
Festivala Erik Poppenin “Emiqrantlar” tammetrajlı bədii filmi ilə start veriləcək. Film ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. “Yenidən başlamaq. Özünü yenidən yaratmaq. Bu mümkündürmü? Biz hansısa yeni ölkəyə köçürük, yoxsa ölkə bizə?” Kristina, ömrü boyu bu suallara cavab axtarır.