“Atatürk” filmi ABŞ-ın Los-Anceles şəhərində Hollivud Türk Film və Dram Günləri tədbirində nümayiş olunub.
Ednews türk mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının təşəbbüsü ilə təşkil olunan tədbirdə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan, Türkiyənin Los Ancelesdəki baş konsulu Sinan Kuzum iştirak ediblər.
Tədbirdə çıxış edən nazir müavini Batuhan Mumcu mədəniyyət mübadiləsi, bədii əməkdaşlıq və türk kinosunun dünya səhnəsində əhəmiyyətini vurğulayaraq, film nümayişinin yalnız türk mədəniyyətinin təntənəsi olduğunu dəyərləndirib.
Qonaqlar filmin Disney Plus platformasında yayımlanmasına mane olan lobbiçilik fəaliyyətini tənqid ediblər.
Türk kinosunun beynəlxalq aləmdə təsirini göstərən tədbirə Engin Altan Düzyatan, Aras Bulut İynemli, Meryem Uzerli, Ebru Şahin və Fadik Atasoy kimi bir çox aktyor qatılıb.
Oğuz