Hansı kitab mütləq oxunmalıdır? - Yazarlar arasında ədəbi SORĞU

Mədəniyyət 15:00 05.12.2023

Orxan Pamukun romanında baş qəhrəman deyir ki, bir kitab oxudum və bütün həyatım dəyişdi. Bəzi kitablar bizi, həqiqətən də, dəyişdirir. Düşüncəmizi, hisslərimizi, həyata baxışımızı. Hiss edirik ki, həyatımız bu kitabı oxumadan əvvəl və oxumadan sonraya bölünüb. Sizin həyatınızda bu cür kitablar olubmu? Hansı kitabı oxumağın mütləq olduğunu düşünürsünüz? 

Ednews mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Şair Rüstəm Behrudi:

“Bir türk aydını üçün Türklərin yaradılış dastanı”.

Yazıçı Fəxri Uğurlu:

“Yaş dövründən asılıdır. Uşaqlar üçün bütün dünyada tanınan uşaq ədəbiyyatı nümunələri var. Məsələn, Mark Tvenin əsərləri, “Başsız atlı”, “Üç müşkütyor”, Jül Vernin əsərləri, Robinzon Kruzo, “Qulliverin səyahəti”, Stivensonun, Rodarinin əsərləri və s. Bunları hər bir uşaq oxumalıdır. Böyüklərə gəlincə burada siyahı çox uzundur. Ancaq məsələn, Lev Tolstoy mütləq oxunmalıdır. Oxunması vacib olan müəlliflər kitabla maraqlanan hər kəsə aşağı-yuxarı bəllidir”.

Ədəbiyyatşünas, professor Cavanşir Yusifli:

“Rilkenin yazdığı hər şey, Hüqo "Səfillər", Dino Busatti “Tatar çölü”.

Yazıçı, tərcüməçi Etimad Başkeçid:

“Açığı, bu sula cavab verməyə çətinlik çəkirəm. Çünki hara çevirsən, bir növ məsləhət kimi çıxır. Amma yenə də deyim. Yalnız bir kitabdan söhbət gedirsə, bu bədii əsər olmazdı. Bədii əsərdən danışırıqsa, Heminqueyin kitablarını oxuyardım. «Xeyir» və «şər» arasında dəqiq demarkasiya xətti çəkmədiyinə, yarımtonlarına və dərin psixologizminə görə. Bir də ona görə ki, Heminqueyin əsərlərində «tikiş yerləri» görünmür – hər şey kənardan sadə görünür, amma yalnız kənardan. Çünki o, virtuoz sənətkardır və bu şəkildə yalnız o yaza bilir. Bizim yazarların ən xəcalətli tərəfi budur: sənətkarın harda gücə düşdüyünü, harda xoruz buraxdığını, hansı hoqqalardan çıxdığını o dəqiqə hiss eləyirsən. Heminqueydə hər şey bulaq suyu kimidir, zahirən rəngsiz, amma ləzzətli. Bundan başqa Heminquey çox azsaylı böyük sənətkarlar kimi, hansısa insanın əhvalatını yazmır, o, insan tiplərini, onların xarakterini yazır. Bu isə xüsusi qabiliyyətdir və hünər istəyir.

Heminquey və onun bütün yaradıcılığı qanana böyük bir örnək və ibrət qaynağıdır: yazıb tarixdə qalmamaqdansa, yazmayıb tarixdə qalmamaq yaxşıdır. Bu kiçik həqiqət nə şəkildəsə bizim insanımıza əyan olsaydı, heç kəsin oxumadıgı mənasız kitablar yazıb, təşəxxüs satmazdı”.

Yazıçı Azad Qaradərəli:

“Hansı kitab mütləq oxunmalıdır?” sualı bir qədər mediativ cavab tələb edir, əslində. Yəni, birbaşa cavab doğru olmazdı. Çünki zamana görə cavab dəyişə bilər. Məsələn, qədimlərdə səmavi kitablar haqqında “mütləq oxunmalı” hökmü var idi.
Bir daha qeyd edirəm ki, bu sual bir qədər zamanla bağlıdır. Məsələn, 80-90-cı illərdə bu sualın yekdil cavabı, yəqin ki, Sabir Rüstəmxanlının “Ömür kitabı” ola bilərdi. Müstəüilliyimizin ilk illərində bu sualın yekdil cavabı M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” ola bilərdi. Sovet dönəmində paradoksal olsa da, “Hophopnamə” və Leninin əsərləri dəbdə idi...
Bəs bütün zamanlar üçün mütləq oxunmalı kitab hansı ola bilər suzlının cavabı mənim üçün Nizaminin “Xəmsə”sidir. Zənnimcə, hər bir azərbaycanlının mütləq oxumalı  kitab odur. Hətta bütün Şərq dünyasında Nizami qüdrətdə ikinci şair olmadığından Şərq xalqlarının hamısının oxumalı kitabdır “Xəmsə”. Unutmayaq ki, Göte də daxil, bir sıra qərb mütəfəkkirləri Nizamiyə yüksək qiymət vermişlər. Bir sıra Avropa yazarları, cümlədən Fridrix Şiller “Turandot Çin şahzadəsi” (əslində, turandot – turan qızı deməkdir) əsərinin süjeti Nizaminin “Yeddi gözəl” poemasından alınmışdır. Habelə italyan bəstəkarı Puççininin dünyaca məşhur “Turandot” (“Turan qızı”) operası da eyni mənbədən qidalanaraq ərsəyə gəlmişdir və sair və ilaxır...

Bir sözlə, bütün zamanlar üçün Azərbaycan oxucusunun oxumalı olan kitabı Gəncəli Nizaminin “Xəmsə”si olmalı”.

Yazıçı Varis:

“Kazuo İşiquronun “Günün qalanı” romanını deyərdim. 
İnsan özünə bələd olmadan, özünü tanımadan yaşayır və özünə yad bir işlə məşğul olur. Beləcə ömrünü bada verir. 

Bir gün silkələnib ayılmalı, “mən kiməm və yolum haradır” deməli, öz həqiqətini tapmalıdır”.

Şair Qismət:

“Don Kixot”, “Səfillər”, “Karamazov qardaşları”, “Anna Karenina” və s.”

Yazıçı Mübariz Örən:

“Bir kitab demək çətindir. “Quran, İncil, “İliada”, “Odiseya”, “Dədə Qorqud”, “Don Kixot”, “İlahi komediya”, “Nizami: Xəmsə”, Füzulinin əsərləri, Hüqo - “Səfillər”, Tolstoy -“Hərb və sülh”, Dostoyevski “Cinayət və cəza”, “Usta və Marqarita”, Heminquey “Qoca və dəniz”, Markes “Yüz inin tənhalığı”, “Gün var əsrə bərabər”, “Lolita” kimi əsərləri mütləq oxumaq gərəklidir”.

Yazıçı Alpay Azər:

“Qurani-Kərim”. 

Yazar Nicat Həşmizadə:

“Hər bir Azərbaycan gənci mütləq Məmməd Orucun "Köçürülmə" romanını oxumalıdır. Bu kitab bizim yaddaşımızdır, taleyimizdir. Bu əsər əsasında çox əla film çəkmək olar”.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı