Almaniya hökuməti Rusiyanın “Rosneft Germany” şirkətinə müvəkkil təyin edib.
Ednews xəbər verir ki, Kreml Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağı barədə bəyanat yayıb.
Nəticədə Avropa təşvişə düşüb.
Almaniya İqtisadiyyat Nazirliyi açıqlamasında “Rosneft Almaniyaya qəyyumların təyin edilməsi o deməkdir ki, şirkətin Schwedt, Miro və Bayernoil neft emalı zavodlarına nəzarət federal hökumətin nəzarətinə keçib”,-deyə fikir bildirib.
Qeyd edək ki, Almaniyanın neft emalının təxminən 12 faizi Rosneft şirkətinin payına düşür.
Nəzrin Beydiyeva