"SOCAR könüllüləri zəlzələ bölgəsində zərərçəkənlərə əlindən gələn köməyi edib".
Ednews xəbər verir ki, bunu İzmirdə keçirilən mətbuat konfransında "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bildirib.
O qeyd edib ki, şirkətin xüsusi təyinatlı işçiləri ilk gündən zəlzələ bölgəsinə yollanıb:
"Zəlzələ bölgəsində yanacaqla bağlı infrastruktur tamamilə çökmüşdü. Yanacaq xərci ilə bağlı bütün ehtiyac "SOCAR Türkiyə" tərəfindən qarşılandı. Zəlzələ bölgəsinə 100 milyon lirə maddi yardım həyata keçirildi. Bundan başqa, bir neçə ailə Əliağa bölgəsində yerləşdirilib. Onlara lazımi dəstək göstərilib".