SOCAR ilə BP arasında neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub - FOTO

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Ednews-a bildiriblər ki, görüşdə iki şirkət arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib. 

Söhbət zamanı mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU