Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib.
Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq?
Məsələ ilə bağlı Ednews-a iqtisadçı-ekspert Məmməd Talıblı bildirdi ki, daha az kartof ixracının olması ondan xəbər vermir ki, kartofun qiyməti ucuzlaşacaq:
“Bu statistikanın texniki mənasıdır. Əslində biz onun məntiqi izahını başa düşməyimiz üçün kartofun istehlakının həcminə, mövsümü faktorlara və s. çoxölçülü aspektlərinə baxmalıyıq. Ola bilsin ki, ixracın az olması, istehsal həcminin azalmasına görə baş verib. Və ya istehlakçı zövqünün dəyişməsi hesabına vətəndaşlarımız kartofu istehlak səbətində daha az istehlaklı məhsul olaraq qəbul edib. Demək istəyirəm ki, burada hansı amilin daha güclü təsirini qiymətləndirmədən qiymətin artmasını qəti sürətdə söyləmək olmaz”.
Oğuz